Naxçıvanın inkişaf salnaməsində yeni səhifə
14.08.2026 [18:32]
Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın
Naxçıvan Muxtar Respublikasına səfəri muxtar respublikanın gələcək inkişaf
perspektivləri baxımından mühüm çağırışlarla yadda qaldı. Hər bir səfər yeni
mərhələnin başlanğıcı, görülən işlərin davamı olaraq yeni dövrdə atılacaq
addımların təqdimatıdır.
Prezident İlham Əliyev səfər zamanı Azərbaycan Televiziyasına müsahibəsində
bildirdi ki, əslində, səfərim və səfər zamanı iştirak etdiyim tədbirlər özlüyündə bir
göstəricidir. Bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf
edir. Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər edirəm və hər səfərimin də
böyük mənası və gözəl nəticələri vardır. Bu illər ərzində bir çox önəmli layihələr
icra olundu, Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ
görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək.
Naxçıvanda həyata keçirilən genişmiqyaslı yenilənmə yalnız iqtisadiyyat, sosial
həyat və infrastrukturla məhdudlaşmır. Dövlət idarəetməsinin müasir tələblər
əsasında təkmilləşdirilməsi də yeni inkişaf modelinin mühüm istiqamətlərindən
birini təşkil edir. Prezident İlham Əliyev tərəfindən 2026-cı il 10 mart tarixində
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq
edilməsi haqqında Konstitusiya Qanunu təsdiqlənib və həmin Qanunun tətbiqi ilə
bağlı Sərəncam imzalanıb. Konstitusion islahatlar yeni idarəetmə modelinin hüquqi
əsaslarını formalaşdırıb. Qəbul edilmiş dəyişikliklər Naxçıvan Muxtar
Respublikasında idarəetmə strukturunun yenilənməsi və səlahiyyət bölgüsünün
dəqiqləşdirilməsi baxımından mühüm müddəaları ehtiva edir. Cənab İlham Əliyev
muxtar respublikaya səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində bu
reallıqlara da diqqətini yönəltdi. “Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdakı kimi
idarəetmə üsuli-idarəsini yaratmaqla faktiki olaraq biz bu üç bölgəni inzibati
nöqteyi-nəzərindən də birləşdiririk. Təbii ki, Naxçıvan Muxtar Respublikasının
muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydaları
təkmilləşməlidir2 söyləyən Prezident İlham Əliyev bildirdi ki, biz Qarabağda və
Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük. Əminəm ki,
artıq orada yaşayan 90 mindən çox insan da bunu görür. Eyni idarəetmə -
Prezidentin xüsusi nümayəndəliyi Naxçıvanda da tətbiq olundu. Beləliklə, kadr
islahatları ilə paralel olaraq, bu struktur islahatları da, əlbəttə, əsas hədəfə
istiqamətlənmiş bir yanaşmadır ki, bu bölgə, bu qədim diyar daim inkişaf etsin,
insanlar burada rahat, təhlükəsizlik şəraitində yaşasınlar, firavan yaşasınlar.
Son illərdə muxtar respublikasının davamlı sosial-iqtisadi inkişafının təmin
edilməsi, infrastruktur təminatının və sosial xidmətlərin keyfiyyətinin daha da
yüksəldilməsi, habelə əhalinin məşğulluğunun və rifah halının yaxşılaşdırılması
məqsədilə bir sıra mühüm dövlət proqramları və tədbirlər planları təsdiq olunmuş,
o cümlədən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair
2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”,
“Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə
bağlı tədbirlər haqqında”, “Naxçıvan Sənaye Parkının yaradılması haqqında”,
“Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər
haqqında”, “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli
istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın
təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su
ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında”, “Naxçıvan
Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və
bərpası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
Fərmanı və sərəncamları qəbul edilmişdir.
Dövlət Proqramlarının və infrastruktur layihələrinin uğurlu icrası nəticəsində
Naxçıvan Muxtar Respublikası dinamik inkişafını davam etdirir. 2023-2026-cı
illərdə həyata keçirilən genişmiqyaslı tədbirlər göstərir ki, Naxçıvan Muxtar
Respublikası sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub.
Statistik rəqəmlərə diqqət yetirsək görərik ki, 359 istehsal və xidmət sahəsinin
yaradılması, ÜDM-in real ifadədə 7,6 faiz artması, əsas kapitala investisiyaların
2,5 dəfə genişlənməsi, büdcənin öz gəlirlərinin artması, enerji və su
təhlükəsizliyinin gücləndirilməsi, 183,6 kilometr avtomobil yolunun əsaslı təmiri,
müasir sosial və təhsil infrastrukturunun yaradılması, tarixi-mədəni irsin qorunması
və yeni idarəetmə modelinin formalaşdırılması Naxçıvanda həyata keçirilən ardıcıl
dövlət siyasətinin konkret nəticələridir. Cənab İlham Əliyevin 12 avqust 2026-cı il
tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı da muxtar
respublikanın gələcək inkişafının aydın mənzərəsini yaradır. Sənəddə Naxçıvan
Muxtar Respublikasında 2026–2027-ci illərdə alternativ və bərpa olunan enerji
mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil
infrastrukturunun yenilənməsini, habelə abadlıq-quruculuq işlərinin davam
etdirilməsini təmin etmək məqsədilə həyata keçiriləcək tədbirlər, ayrılan vəsait öz
əksini tapıb. Belə ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının
daha da sürətləndirilməsi məqsədilə həyata keçiriləcək tədbirlər üçün Azərbaycan
Respublikasının dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının
büdcəsindən ümumilikdə 258 milyon manat ayrılması nəzərdə tutulub.
Səfər çərçivəsində bir sıra yeni layihələrin təməli qoyuldu, mühüm infrastruktur
obyektləri təqdim edildi. Yeni mərhələnin əsas hədəfi yalnız mövcud sosial-
iqtisadi inkişafın davam etdirilməsi deyil, muxtar respublikanın sənaye, enerji,
nəqliyyat və logistika imkanlarının daha da genişləndirilməsidir.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Maraqlı
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57

