Marin Lö Penin konstitusiya referendumu Fransada hüquqi-siyasi qarşıdurma riski yaradır
19.08.2026 [19:55]
2027-ci il prezident seçkilərində qalib gələcəyi təqdirdə, Milli Birlik (RN) partiyasının lideri Marin Lö Pen immiqrasiyaya dair konstitusiya referendumu keçirməyi və ifrat sağın əsas prinsiplərini ölkənin ali qanununa daxil etməyi vəd edir. Hüquqşünaslar bu təşəbbüsü mahiyyət və forma baxımından ikili dövlət çevrilişi adlandırır.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Marin Lö Pen 2022-ci ildən bəri siyasi proqramının əsas istiqamətlərindən biri olan konstitusiya islahatını prezident seçiləcəyi halda referendum yolu ilə həyata keçirməyi planlaşdırır. Bu təşəbbüs onun və RN deputatlarının 2024-cü il yanvarın 25-də Milli Assambleyaya təqdim etdiyi 14 maddəlik konstitusiya qanunu layihəsində əksini tapıb.
Lö Pen referendumun keçirilməsi üçün Konstitusiyanın 11-ci maddəsinə istinad etmək niyyətindədir. Lakin hüquqşünasların böyük əksəriyyətinə görə, bu maddə Konstitusiyanın dəyişdirilməsi üçün nəzərdə tutulmayıb. Konstitusiya islahatının prosedurunu müəyyən edən 89-cu maddəyə əsasən isə referendumdan əvvəl Milli Assambleya və Senatın razılığı tələb olunur.
Dövlət Şurasının keçmiş baş katibi Jan-Erik Şoettl hesab edir ki, 11-ci maddədən konstitusiya dəyişikliyi üçün istifadə edilməsi mahiyyət və forma baxımından ikili dövlət çevrilişi olardı. RN isə mövqeyini general Şarl de Qollun 1962-ci və 1969-cu illərdə həmin maddəyə əsasən referendum keçirməsi ilə əsaslandırır.
Beşinci Respublikanın yeni versiyası
Fransa Konstitusiya Şurasının keçmiş sədri Loran Fabius və onun varisi Rişar Ferran da immiqrasiyanın 11-ci maddədə nəzərdə tutulan referendum sahələrinə daxil olmadığını bildiriblər. Buna baxmayaraq, Marin Lö Pen prezident seçiləcəyi təqdirdə referendum keçirməsinə heç nəyin mane olmayacağını dəfələrlə bəyan edib.
Konstitusiya Şurasının qərarı mənfi olarsa, RN daxilində alternativ variantların da nəzərdən keçirildiyi bildirilir. Bunlardan biri 89-cu maddədən istifadə etməklə əvvəlcə 11-ci maddənin dəyişdirilməsi, digəri isə birbaşa xalqa “Beşinci Respublikanın yeni versiyası”nın təqdim edilməsidir.
RN-nin təklifinin qəbul edilməsi Fransanın hüquq və siyasi sistemində ciddi dəyişikliklərə səbəb ola bilər. Layihə torpaq hüququna əsaslanan vətəndaşlıq prinsipinin ləğvini, mənzil, iş, dövlət xidmətləri və sosial yardımlara çıxışda milli üstünlük prinsipinin tətbiqini, həmçinin sığınacaq hüququnun faktiki məhdudlaşdırılmasını nəzərdə tutur.
Qrenobl-Alp Universitetinin ictimai hüquq professoru Serj Slama hesab edir ki, bu dəyişikliklər Fransanın konstitusiya sistemini köklü şəkildə dəyişdirəcək və mahiyyət etibarilə yeni respublika modelinə yaxınlaşacaq.
Avropa İttifaqı ilə qarşıdurma təhlükəsi
Layihənin qəbul edilməsi Fransanın Avropa İttifaqının (Aİ) hüquq sistemi və digər beynəlxalq öhdəlikləri ilə ciddi qarşıdurmasına da səbəb ola bilər. “Sciences Po” Hüquq Məktəbinin professoru Nikola Herviönün sözlərinə görə, Aİ üzvünün öhdəlikləri pozması halında ölkənin ittifaqdan avtomatik çıxarılması mexanizmi yoxdur. Lakin maliyyə sanksiyaları tətbiq edilə və Avropa fondlarından ayrılan vəsaitlər dondurula bilər.
RN isə Fransanın Avropa inteqrasiyasındakı mühüm rolunu əsas gətirərək, belə sanksiyaların Aİ üçün də mənfi nəticələr doğuracağını düşünür.
Təklifin 14-cü və sonuncu maddəsi isə gələcəkdə Konstitusiyanın 11-ci maddə əsasında dəyişdirilməsinə imkan yaratmağı nəzərdə tutur. Nikola Herviö bunun Konstitusiyanın sabitliyini ciddi şəkildə zəiflədə biləcəyini və Fransanı “sezarist” idarəçilik məntiqinə yaxınlaşdıracağını xəbərdar edir.
Beləliklə, Marin Lö Penin konstitusiya referendumu təşəbbüsü yalnız immiqrasiya siyasəti ilə bağlı deyil. Təklif Fransanın hüquqi sistemi, Avropa İttifaqı ilə münasibətləri və Beşinci Respublikanın konstitusiya quruluşunun gələcəyi baxımından da ciddi siyasi və hüquqi mübahisələr vəd edir.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45

