Çoxəsrlik dövlətçilik tariximizin yeni şanlı səhifələri yazılır
09.09.2026 [16:03]
Sentyabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatının X konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov hesabat məruzəsi ilə çıxış edib. O, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə bu gün çoxəsrlik dövlətçilik tariximizin yeni şanlı səhifələrinin yazıldığını qeyd edib.
Mehdi Balabəyov YAP-ın keçdiyi zəngin və şərəfli inkişaf yolundan, partiyanın ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan danışaraq qeyd edib ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə sadiq qalaraq fəaliyyətini uğurla davam etdirir. Bildirilib ki, YAP Şabran rayon təşkilatı da öz fəaliyyətini partiyanın Proqram və Nizamnaməsinə uyğun şəkildə quraraq qarşıya qoyulan vəzifələrin icrasında fəal iştirak edib.
Milli Məclisin deputatı Mahir Süleymanlı çıxışında deyib ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan bu günə qədər ölkəmizin milli maraqlarını qətiyyətlə qoruyub. Onun sözlərinə görə, 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın yaranması və qısa müddətdə hakimiyyətə gəlməsi Azərbaycanı sabitlik, inkişaf və quruculuq yoluna çıxardı: “Bu gün Yeni Azərbaycan Partiyası azərbaycançılıq ideologiyasının daşıyıcısı kimi milli birliyin qorunmasına da mühüm töhfələr verir”.
Şabran Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Hüseyn İlyasov ötən dövrün ölkəmizin və Yeni Azərbaycan Partiyasının tarixində mühüm uğurlarla səciyyəvi olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması ölkəmizin ictimai-siyasi həyatında yeni mərhələ açıb, partiyanın ideoloji və ictimai-siyasi fəaliyyətinə güclü stimul verib.
Hüseyn İlyasov Şabran rayon İcra Hakimiyyəti ilə YAP Şabran rayon təşkilatı arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu, partiya fəallarının şəhərdəki sosial-iqtisadi təşəbbüslərdə yaxından iştirak etdiyini vurğulayıb.
Çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Orxan Bayramov çıxışında qeyd edib ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi, Silahlı Qüvvələrimizin rəşadəti sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub: “Bu gün azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam etdirilir, şəhər və kəndlərimiz yenidən qurulur. Möhtəşəm nailiyyətlərin qazanılmasında Yeni Azərbaycan Partiyasının xüsusi rolu var".
Konfransda YAP Şabran rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və partiyanın VIII Qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Gündəm
15 Sentyabr 12:22
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45

