Cəbrayıl şəhərinin azad edilməsinin altıncı ildönümüdür
05.10.2026 [16:15]
1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonu da işğal olunmuş digər ərazilərimiz kimi Ermənistanın vandalizm siyasətinin qurbanı olmuşdur. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymiş, buradakı evlər, infrastruktur obyektləri ciddi dağıntılara məruz qalmışdır. Təəssüflə bildirmək lazımdır ki, Azərbaycan uzun illər boyu üzləşdiyi işğal, soyqırımı, vandalizm aktları ilə bağlı beynəlxalq təşkilatları, dövlətləri və dünya ictimaiyyətini məlumatlandırsa da Ermənistana bununla bağlı heç bir təzyiq olunmamış və Ermənistan isə öz məkrli əməllərini reallaşdırmaq üçün müxtəlif təxribatlar törətməyə davam etmidir. Bütün dünya anlamalıdır ki, dövlət siyasəti saxtakarlıq üzərində qurulan ermənilərin əməlləri təkcə Azərbaycana deyil, bütün dünya üçün təhdiddir.
Beynəlxalq hüququn aliliyini daim qəbul edən və bunu bütün münaqişələrin həllində ən faydalı və alternativsiz vasitə kimi qəbul edən Azərbaycan isə uzun illər boyu sərgilədiyi mövqenin tam əksi ilə üz-üz qalmışdı. Dövlətimizin və xalqımızın mövqeyini dəfələrlə beynəlxalq tribunalardan bəyan edən dövlət başçısı İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan xalqının səbri tükənməz deyil və bir qarış torpağını belə heç kimə güzəştə getməyəcək. Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var, sülh yolu nəticə verməzsə, Ermənistan məkrli niyyətlərindən əl çəkməzsə, Azərbaycan istənilən yolla öz ərazi bütövlüyünü bərpa edəcək və tarixi torpaqlarını işğaldan azad edəcək.
Ölkəmiz Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin 27 sentyabr tarixində dövlət sərhəddimizdə törətdiyi təxribatlara cavab olaraq əks-hücum əməliyyatına başlamışdır. Beləliklə, milli qürurumuzu özümüzə qaytaran və 44 gün davam edən Vətən müharibəsində bir sıra tarixi torpağımızla yanaşı, Cəbrayıl rayonu da işğaldan azad edilmişdir. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi qəhrəman Azərbaycan Ordusu öz qətiyyəti, peşəkarlığı, cəsarəti ilə düşməni dizi üstə çökdürərək, tarixi zəfərə imza atmış, ərazi bütövlüyümüzü təmin etmişdir.
Bu gün torpaqlarımız artıq azaddır. Bu gün işğaldan azad edilmiş ərazilərimiz yenidən qurulur, əvvəlki görkəminə və ruhuna qayıdır. Qaçqın və köçkünlərin ən qısa zamanda öz yurd-yuvasına geri qayıtması üçün təxirsalınmaz dövlət proqramları icra olunur. Bir sözlə, Qarabağımız yenidən inkişaf edəcək, dirçələcək, dünya Azərbaycanın qüdrətinin və qətiyyətinin şahidi olduğu kimi, buradakı abadlıq, quruculuq işləri ilə humanist və ümumbəşəri dəyələrə verdiyi töhfələrin də şahidi olacaq.
2023-cü ilin iyulun 31-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” imzaladığı Sərəncama əsasən hər il 4 oktyabr – Cəbrayıl Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur.
Vüsar İsmayılov
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09

