Hər il oktyabrın 4-ü Azərbaycan xalqı Cəbrayıl şəhəri gününü qeyd edir
05.10.2026 [16:17]
Məlumdur ki, 27 sentyabr 2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda İkinci Qarabağ müharibəsi başladı. Ön mövqelərdə dayanmış hərbçilərimiz böyük cəsarət və hünərlə erməni qəsbkarları ilə döyüşlərə atıldılar. Şanlı Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bir-birindən uğurlu əməliyyatlar həyata keçirdi. Müharibənin elə ilk günlərindən rəşadətli ordumuzun dəqiq və sarsıdıcı zərbələri nəticəsində erməni işğalçılarının illərdən bəri tikib möhkəmləndirdikləri ön mövqeləri darmadağın olundu. Düşmən silah-sursatını, yaralılarını və meyitlərini mövqelərində atıb qaçmağa üz qoydu. Azərbaycan Ordusunun xalqımıza böyük sevinc gətirən Zəfər yürüşləri başladı.
Yeri gəlmişkən, 44 günlük Vətən müharibəsinin elə ilk günü Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar və başqa kəndləri işğalçılardan azad olundu. Ordumuzun Zəfər yürüşləri sonrakı günlərdə də davam etdi. Oktyabrın 3-də Silahlı Qüvvələrimiz Suqovuşan, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini erməni qəsbkarlardan təmizlədilər. Cəbhədən gələn qələbə müjdəli məlumatlar düşmən üzərində böyük zəfərin qazanılacağından xəbər verirdi. Cəbrayıl-Füzuli istiqamətində irəliləyən qoşunlarımız sarsıdıcı zərbələri ilə qəsbkarları geri sıxışdırırdı. Oktyabrın 4-də xalqımız ön cəbhədən verilən daha bir qələbə xəbərinə sevindi. Həmin gün rəşadətli ordumuz düşmən üzərində daha böyük qələbə qazanaraq Cəbrayıl şəhərini və rayonun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi.
Qeyd edək ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 kvadratkilometri əhatə edən, 52 000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd erməni işğalına məruz qalmışdı. Ötən illər ərzində bu şəhər və kəndlər vəhşicəsinə dağıdılmışdı. Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji abidələr, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” səkkizguşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdı. Erməni işğalçılarının qanlı izləri rayonun hər addımında qalmışdı. Birinci Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhidlik zirvəsinə yüksəlib. 191 zabit və əsgər Cəbrayılın müdafiəsi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq əlil olub. 6 nəfər döyüşlər zamanı göstərdikləri igidliyə və cəsarətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Rayonun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edərkən şəxsi igidlik və şücaət göstərmiş yüzlərlə əsgər və zabitimiz bu medalla təltif edildi. Cəbrayıl rayonu qəsbkarlardan azad olunandan sonra işğal altında olan başqa ərazilərimizin də düşməndən təmizlənməsi üçün uğurlu əməliyyatlar həyata keçirmək mümkün oldu. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və böyük strateji əhəmiyyətə malik Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün əlverişli imkanlar yarandı. Cəbrayıldan sonra Füzuli, Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi.
Onu da qeyd edək ki, qəsbkarlar Cəbrayılın ərazisində bir neçə xətdən ibarət istehkam qurmuşdular. Bu istehkamları yarmaq, keçmək döyüşçülərimizdən çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəsur zabit və əsgərlərimiz böyük fədakarlıq və qəhrəmanlıq göstərərək bunu bacardılar. Göstərdikləri igidliklə adlarını qəhrəmanlıq tariximizə böyük hərflərlə yazdılar.
Ən əsası, uzun illər erməni işğalında qalmış Cəbrayıl bu gün yenidən qurulur. Böyük Qayıdış Dövlət Proqramı əsasında rayonda genişmiqyaslı bərpa işləri aparılır. Yeni kəndlər və qəsəbələr salınır. Keçmiş məcburi köçkünlər mərhələli şəkildə doğma ocaqlarına qayıdır.
Eşqin Ocaqverdiyev,
YAP Göygöl rayon təşkilatı üzrə Çaykənd kənd ərazi partiya tşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09

