COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
10.10.2024 [09:59]
COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 iqlim konfransı çərçivəsində fəaliyyət göstərəcək Yaşıl Zona üzrə media akkreditasiya portalını istifadəyə verib.
AZƏRTAC xəbər verir ki, bu ilin 11-22 noyabr tarixlərində ölkəmizin ev sahibliyi edəcəyi COP29 iqlim konfransı çərçivəsində COP29 Sədrliyi tərəfindən təşkil və idarə ediləcək, iqlim dəyişmələrinə qarşı mübarizə üzrə innovasiyalar və potensial həllər üzrə dinamik mərkəz olacaq Yaşıl Zonaya media nümayəndələrinin akkreditasiyası açıq elan edilib. Akkreditasiya prosesi yeganə rəsmi mənbə olan akkreditasiya portalı vasitəsilə oktyabrın 9-dan etibarən fəaliyyət göstərir, son qeydiyyat tarixi isə oktyabrın 30-u saat 23:00 (GMT+4) olaraq təyin edilib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası tərəfindən idarə edilən, rəsmi görüş və danışıqların məkanı olan Mavi Zona ilə yanaşı, Yaşıl Zona müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor, alimlər, gənclər, yerli icmalar, QHT-lər, vətəndaş cəmiyyəti və Mavi Zona nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasına malik olmaqla iqlim konfransının işıqlandırılması üçün media nümayəndələrinə geniş imkanlar təmin edəcək. Belə ki, Yaşıl Zona üzrə akkreditasiyadan keçən jurnalistlər bir sıra müxtəlif tədbirlərə qatılmaq, iqlim fəaliyyətində aktiv iştirak edən qurum, şirkət və simalarla birbaşa əlaqə yaradaraq eksklüziv kontentlə çıxış etmək imkanı qazanacaqlar.
Akkreditə olunmuş media nümayəndələri, həmçinin Yaşıl Zonada media fəaliyyətinin operativ və səmərəli təşkili üçün qurulan Media Mərkəzi və müvafiq digər infrastruktur və texniki imkanlardan yararlana biləcəklər.
Qeyd edək ki, media akkreditasiyası Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən tanınan ölkələrdə media təşkilatı kimi qeydiyyatdan keçmiş rəsmi və etibarlı media qurumunu təmsil edən media nümayəndələri üçün nəzərdə tutulub. Yerli media nümayəndələri, həmçinin Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin reyestrində qeydiyyatda olmalıdırlar.
COP29 Yaşıl Zona üzrə media akkreditasiyası prosesi ilə bağlı tələblər və digər ətraflı məlumatın əldə edilməsi üçün COP29 rəsmi veb-saytında mövcud müvafiq bölməyə keçid edilə bilər. Akkreditasiya müraciətləri ilə bağlı əlavə dəstək və ya sorğularla bağlı mediaaccreditation@cop29.az elektron ünvanı vasitəsilə əlaqə saxlanılması xahiş olunur.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43

