Mərakeş mediası COP29 haqqında geniş materiallar dərc edib
19.11.2024 [10:10]
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutan tədbirlər Mərakeşin media orqanlarının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, bu ölkənin rəsmi MAP xəbər agentliyinin ölkəmizə ezam etdiyi media nümayəndələri tədbir barədə reportajlar və müsahibələr hazırlayıblar.
Materiallarda COP29 tədbirlərində iştirak etmək üçün Bakıya gəlmiş Mərakeşin Baş naziri Əziz Axnuşun rəhbərlik etdiyi nümayəndə heyətinin keçirdiyi görüşlər və çıxışlar, eləcə də panel iclaslarında müzakirə edilən məsələlər barədə geniş məlumat verilib.
Mərakeşin “Medi1 tv” kanalı yayımladığı reportajda Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 12-də Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxışından sitat gətirib və dünyada ekoloji problemlərin müzakirəsi baxımdan tədbirin əhəmiyyətini vurğulayıb.
Jurnalist Həsən əl-Yusifi əl-Məğari “əl-Elami” nəşrindəki COP29 haqqındakı yazısında bildirib ki, medianı ekoloji hədəflərin həyata keçirilməsi işinə daha yaxından cəlb etmək lazımdır. Vurğulanıb ki, informasiyaların daha geniş izləyici kütləsinə çatmasında onun imkanlarından istifadə etmək olar.
“Ənfas press” nəşri isə Mərakeşin “Tansift” inkişaf mərkəzinin rəhbəri dr.Əhməd əş-Şəhbuninin iqlim maliyyələşməsi mövzusuna həsr olunmuş seminarda çıxışı barədə yazıb. Nəşrin məlumatına görə, əş-Şəhbuni bildirib ki, iqlim maliyyələşməsi iqlim dəyişikliyinə qarşı mübarizədə mühümdür. Həmçinin qeyd edib ki, özəl və dövlət investisiyaları istixana qazlarının azaldılmasına töhfə verəcək layihələrə yönəldilməlidir.
“Məğrib nyuz 7” və “Məcəllə 24” nəşrləri də COP29 tədbiri haqqında dərc etdikləri silsilə materiallarda Bakıda müzakirə edilən mövzuların əhəmiyyətini qeyd edib, Mərakeşin iqlim davamlılığı sahəsində nailiyyətlərinin COP29 çərçivəsində diqqətə çatdırıldığını bildirib.
Xəbər lenti
Hamısına baxSiyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28

