COP29-da müstəmləkəçiliyə və neokolonializmə qarşı etirazlar
20.11.2024 [10:33]
“Dekolonizasiya və yaşıl gələcək naminə həmrəylik” adlı tədbirdə müstəmləkəçiliyin təbiətə vurduğu ziyandan bəhs olunub
Azərbaycan müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizə aparan xalqları dəstəkləyir. Dövlətimiz bu mövqeyini bütün beynəlxalq platformalarda bəyan edib. COP29 çərçivəsində də Fransa və Niderland kimi ölkələrin müstəmləkəçi siyasəti ilə bağlı tədbirlər keçirilir. Eləcə də, müstəmləkəçilikdən əziyyət çəkən xalqlar COP29-da öz etiraz səslərini ucaldırlar. Belə ki, noyabrın 14-də Fransa və Niderlandın müstəmləkəsi altında olan Afrika ölkələrinin və dənizaşırı ərazilərin nümayəndələri Bakıda “Yaşıl və müstəmləkəsiz dünya naminə həmrəylik” adlı dinc aksiya keçiriblər.
Bundan əlavə, noyabrın 15-də müstəmləkə ərazilərinin nümayəndələri tərəfindən yerli xalqların hüquqlarının kütləvi pozulması əleyhinə Mavi Zonada etiraz aksiyası keçirilib. Aksiyada müstəmləkə güclərinin istismar siyasətinin və onun ağır nəticələrinin, xüsusilə ətraf mühitə və yerli xalqların sağlamlığına vurduğu ziyanın aradan qaldırılması tələb olunub. Yerli xalqların nümayəndələri kolonial dövlətlər tərəfdən Dənizaşırı ərazilərdə insan hüquqlarının kobud pozulması və bu müstəmləkələrdə keçirilən nüvə sınaqlarının yerli xalqlara vurduğu ağır ziyanı qınayıblar.
Aksiya dənizaşırı ərazilərin sakinləri tərəfindən səslərini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə təşkil edilib. Nümayəndələr bu ərazilərdə müstəmləkə güclərinin zərərli fəaliyyətlərindən yaranan problemlərin həlli ilə bağlı konkret tələbləri öz şüarlarında əks etdiriblər. Şüarlar arasında “Dənizaşırı ərazilərdə insan hüquqlarının pozulmasını dayandırın”, “Zərərçəkən əhaliyə kompensasiya ödənilsin”, “Ətraf mühitə vurulan ziyan bərpa edilsin”, “Yerli xalqların səsini eşidin” və “dənizaşırı ərazilərdə nüvə sınaqlarının təsirləri insanları öldürür” yer alıb.
Eyni zamanda, Bakı Təşəbbüs Qrupu (BTQ) və SAHEL Konfederasiyasını təmsil edən ASRAD təşkilatı COP29 çərçivəsində “Müstəmləkəçiliyin Afrikada investisiya perspektivlərinə mənfi təsirləri” mövzusunda tədbir keçirib. Tədbirdə Afrikada kolonial keçmişin yaratdığı dərin sosial-iqtisadi problemlər və onların qitədə investisiya imkanlarına mənfi təsiri müzakirə olunub. “Ekomüstəmləkə: müstəmləkə və neokolonial istismarın ətraf mühit mirası” mövzusunda da təşkil olunan tədbir də bu baxımdan önəmlidir.
Onu da qeyd edək ki, Bakı Təşəbbüs Qrupu COP29 çərçivəsində dekolonizasiya və yaşıl gələcəyə həsr edilən konfrans da keçirib. Yaşıl Zonada Milli QHT Forumu Pavilyonunda Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən keçirilən “Dekolonizasiya və yaşıl gələcək naminə həmrəylik” adlı tədbirdə vaxtı ilə müstəmləkəçiliyə məruz qalmış Afrikanın Mali, Keniya, Konqo Demokratik Respublikası, Nigeriya, Cibuti, Toqo, Mavritaniya, Zimbabve, Zambiya və Kamerundan olan deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasətçilər, ekoaktivistlər, hüquq müdafiəçiləri iştirak ediblər.
Tədbirdə keçmiş koloniyalardakı ekoloji çağırışlara diqqət yetirilərək, Afrika qitəsi üçün yaşıl və xarici müdaxiləsiz gələcəyə doğru ən optimal yollar ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr bu regionlarda müstəmləkəçiliyin mənfi təsirləri, davamlı inkişaf və ekoloji bərpa və dayanıqlılığı təşviq edən məsələləri əhatə edib. Tədbirdə iştirak edən afrikalı deputatlar öz ölkələrindəki keçmiş müstəmləkəçi dövlətlərlə münasibətlərdən söz açaraq, həmin dövlətlərin müstəmləkəçi siyasətini davam etdirməsindən danışıblar və kolonializmin yeni təzahürlərini icra etməyə cəhd etmələrini pisləyiblər. Xüsusilə də, Fransa dövlətinin müstəmləkə siyasəti nəticəsində Afrikanın Sahel bölgəsindən qovulduğunu vurğulayıblar. Dekolonizasiya prosesinin uğurlu olması üçün onun kağız üzərində deyil, əməllərlə sübut olunmalı olduğunu vurğulayan natiqlər dövlətlər arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərinin labüdlüyünü qeyd ediblər. Tədbirdə hazırda müstəmləkəçilik altında olan bölgələrin tezliklə dekolonizə edilməsinin vacibliyi bildirilib.
Natiqlər, həmçinin, müstəmləkəçiliyin Afrikada dərin iz buraxdığını, onun təsirlərinin bu gün də hiss olunduğundan söz açıblar. Qeyd ediblər ki, qitənin üzləşdiyi ən böyük problemlərdən biri iqlim dəyişikliyidir. Müstəmləkə keçmişi ilə Afrikada mövcud iqlim böhranı arasındakı əlaqələr çoxşaxəlidir və ətraflı təhlil tələb edir. Bildirilib ki, müstəmləkəçi güclər Afrika ölkələrini xammal və ucuz işçi qüvvəsi tədarükçülərinə çevirərək, yerli sənaye və kənd təsərrüfatının inkişafını boğublar. Bu siyasət müstəmləkə altında olmuş və olan ölkələrin iqtisadiyyatlarını ixracdan yüksək dərəcədə asılı və xarici şoklara, habelə iqlim dəyişikliyinə qarşı həssas edib. Müstəmləkəçilərin monokulturalar və meşələrin qırılması kimi qeyri-davamlı torpaq idarəetmə təcrübələrindən istifadə etməsi torpağın deqradasiyasına və münbitliyin azalmasına səbəb olur. Bu da öz növbəsində Afrika ölkələrinin quraqlıq və digər ekstremal hava hadisələri qarşısında həssaslığını artırıb. Bir çox Afrika ölkələri neftin və qazın böyük ixracatçılarına çevrilərək, qalıq yanacaqlardan asılılığını artırır və bərpaolunan enerji mənbələrinə keçidi ləngidir. İqlim dəyişikliyi kənd təsərrüfatına, ərzaq təhlükəsizliyinə və ümumi iqtisadiyyata mənfi təsir göstərən daha tez-tez və intensiv quraqlıq və daşqınlara səbəb olur. Dəniz səviyyəsinin artması, xəstəliklərin yayılması, miqrasiya kimi problemlər doğurur.
Qeyd edək ki, BTQ-nin bu tədbiri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29: beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi çərçivəsində təşkil edilib. Tədbir çərçivəsində Bakı Təşəbbüs Qrupunun fəaliyyətini əks etdirən video nümayiş olunub. Tədbir yerində Fransanın Afrika ölkələrində keçirdiyi nüvə sınağının mənfi nəticələrini əks etdirən fotolardan ibarət sərgi təşkil edilib. Fransanın apardığı nüvə sınaqlarının ətraf mühitə, yerli əhalinin sağlamlığına və geosiyasi dinamikaya ciddi və davamlı mənfi nəticələr göstərdiyi nümayiş olunub. “Soyuq Müharibə” və Fransanın müstəqil nüvə gücü əldə etmək istəyi fonunda bu sınaqların həyata keçirildiyi bölgələrdə zəhərli miras qoyduğu vurğulanıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28

