COP-un Su Strategiyası
22.11.2024 [10:27]
Bakı Bəyannaməsi dünya ölkələrini dayanıqlı su ehtiyatlarının yaradılmasında fəaliyyətini birləşdirəcək
COP29-da müzakirə olunan başlıca məsələlərdən biri də su və iqlimə uyğunlaşma mövzuları olub. Qlobal iqlim ailəsinin gündəmində ən prinsipial qərarlar da məhz planetin gələcək su təminatı ilə bağlı təşəbbüslərə söykənir.
BMT-nin Qlobal Müqaviləsinin baş direktorunun su mandatı üzrə rəhbəri Ceyson Morrison bildirib ki, qlobal iqlim dəyişikliyinin ən çox təsir etdiyi sahələrdən biri su ehtiyatları ilə bağlıdır. Hazırda dünya ölkələri üçün su və iqlim dəyişikliyi anlayışı eyni qlobal mahiyyət daşıyır və hər bir ölkəni mövcud su resurslarını qoruyub saxlamaq, habelə dayanqılı su ehtiyatları yaratmaq üçün təcili və təxirəsalınmaz addımlar atmağa məcbur edir. Bu baxımdan COP29 çərçivəsində qəbul edilən Su ehtiyatlarının idarə olunmasına dair Bakı Bəyannaməsi gələcək üçün mühüm zəmin və inkişaf ruhu yaradacaq.
Qlobal su çatışmazlığına qarşı birgə fəaliyyət planı
BMT-nin Su və İqlim Dəyişikliyi üzrə ekspert qrupunun nümayəndəsi Nikolas Frankenin sözlərinə görə, su qıtlığı və təhlükələri ilə bağlı konkret hədəflərə nail olmaq üçün COP ailəsinin hər bir üzvü bu qlobal problemə uyğunlaşmalı və vahid plan qəbul etməlidir. İqlim dəyişikliklərinin su resurslarına təsirlərini azaldılmaq üçün çıxış yolları tükənməyib, sadəcə Paris Sazişi çərçivəsində müəyyən edilən təşəbbüslərə çatmaq üçün inteqrasiyasının zəruriliyini dərk etmək lazımdır. Bu cəhətdən Bakı Bəyannaməsi ölkələri beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsində daha sıx əməkdaşlığa təşviqə edə bilər. Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn meyarlara uyğun strateji proqrmalar hazırlamaq məsuliyyətin ortaya qoyur. Həmin öhdəliklərə əsasən, COP ölkələri 2028-2030-cu illərdə iqlim dəyişikliyinə qarşı mübarizə strategiyalarını hazırlamalıdır.
Sənəd həm də dünya ölkələrini su ehtiyatlarının idarə olunmasında qabaqcıl meyarları tətbiq eməkdə təcrübələri bölüşməyə imkan yaradır. Belə ki, qlobal su alyansı hidroekoloji böhranların innovativ texnologiyalar əsasında effektiv idarə olunması, alternativ su mənbələrindən istifadəni genişləndirməklə dayanıqlı və keyfiyyətli suya tələbatın ödənilməsi sahəsində öz startegiya və praktiki imkanlarını təqdim edə biləcək.
Bəyannamə Azərbaycanın su strategiyasına tam uyğundur
Azərbaycan qeyd edilən prinsipləri nəzərə alaraq öz dövlət konsepsiyasını müəyyənləşdirib. Dövlət başçısının bir neçə ay əvvəl imzaladığı müvafiq sərəncama əsasən, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”sənədi təsdiq edilib. Strategiya su ehtiyatlarının artırılması, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılması, bu sahədə idarəetmənin müasirləşdirilməsi və habelə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
Bu baxımdan Bakı Bəyannaməsinin hədəf prinsipləri Azərbaycan üçün olduqca əlverişlidir və regiondakı su resurslarına çıxış üçün fürsət yarada bilər. Belə ki, Azərbaycan su ehtiyatlarının həcminə və çıxış imkanlarına görə, Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə ən aşağı yerdə dayanır. Bu regiondakı su ehtiyatının təxminən 15 faizinə ölkəmizin çıxışı var. Azərbaycanda ümumilikdə 8359 çay vardır. Bunların əksəriyyəti kiçik (uzunluğu 5 km-dən az) və azsuludur. Azərbaycan ərazisinin təxminən 75 faizi Kür çayı hövzəsinə daxildir. Çay suları ehtiyatlarının təxminən 70 faizi qonşu ölkələrin ərazisində, qalanı isə (yerli axım) daxili çaylardan formalaşır.
Araz və Kür çaylarının böyük bir hissəsi digər ölkələrin istehlakına yönəldiyindən çox az qismi Azərbaycana çatır. Eləcə də, digər regional çayların (Samur) da axınları zəifdir. Buna görə də, ölkəmiz adambaşına düşən su ehtiyatının həcminə görə, qonşu ölkələrlə müqayisədə xeyli geri qalır.
Ümumilikdə, ölkəmizdə bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetr təşkil edir. Bunun 8,4 milyard kubmetri yeraltı sulardan, 4,6 milyard kubmetri yerli çay axınlarından və 13,2 milyard kubmetri transsərhəd yerüstü sulardan formalaşır. Bərpa olunan şirin su ehtiyatının 17,8 milyard kubmetri yerüstü şirin su ehtiyatlarından ibarətdir.
Alternativ su mənbələrinin tapılması yolları
Ölkəmizdə su anbarlarının sayı isə təxminən 140 ədəddir. Onların ən böyükləri Kür çayı üzərindəki Mingəçevir, Şəmkir, Araz çayı üzərindəki Xudafərin və Araz, eləcə də Tərtər çayı üzərindəki Sərsəng su anbarlarıdır. Su anbarlarının ümumi həcmi isə 24 milyard kubmetrə yaxındır. Su təchizatında rol oynayan göllərin sayı isə 700-ə yaxındır ki, onların təxminən 70 faizi yayda quruyur. Sahəsi 1 kvadratkilometrdən çox olan və böyük təsərrüfat əhəmiyyətli göllərin sayı cəmi 25-dir. Göllərin ümumi su ehtiyatı 0,9 milyard kubmetrə, şirinsulu göllərin ehtiyatı isə 0,03-0,05 milyard kubmetrə yaxındır.
Doğrudur, azad edilmiş ərazilərdəki mənbələrin ümumi su ehtiyatlarına reinteqrasiyası su təminatının yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Qarabağ və Şərqi Zəngəzurun su ehtiyatlarının proqnozlaşdırılan həcmi təxminən 2,2 milyard kubmetrdir. Onların sırasında Sərsəng su anbarı Azərbaycanın ən bolsulu çaylarından olan Tərtərçayın üzərində yerləşməklə həmin iqtisadi rayonlarla yanaşı, ətraf bölgələrin də təminatı üçün zəngin resurs hesab edilir. 570 milyon kubmetrə qədər ehtiyatı olan bu su anbarı 100 min hektardan çox ərazinin suvarılmasına imkan verir. Ancaq bütün bu mənbələr dayanıqlı təminat üçün yetərli deyil. Ona görə də qarşıdakı onillikdə su resursları mənbələrinin dayanıqlığını təmin etmək üçün dünyadakı müxtəlif modelləri tətbiq etməyə ehtiyac var.
Ümumilikdə, Bakı Bəyannaməsinin mühüm üstünlüklərindən biri qlobal miqyasda kəskin xarakter alan su çatışmazlığının fəsadlarına qarşı əhatəli və kompleks tədbirlərin hazırlanması, alternativ su mənbələrinin emal yolu ilə içməli suya olan tələbatın ödənilməsi imkanlarının səfərbər olunması və qarşıdakı onilliklər ərzində dayanıqlı su ehtiyatları fondunun yaradılmasının təmin edilməsidir.
ELBRUS
Xəbər lenti
Hamısına baxSiyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28

