Siyavuş Novruzov: Təkrar qurultay keçirilməsə, yeni Müsavat Partiyası yaranacaq
18.11.2014 [09:47]
“Səxavət Əlisoyun “Müsavat”dan çıxarılması onu göstərir ki, orada repressiya gedir. Çünki Səxavət Əlisoy seçkilərin saxtalaşdırıldığını, qurultayın düzgün keçirilmədiyini, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının və Divanın düzgün seçilmədiyini dəfələrlə bəyan edib. Bu günsə öz fikrini, demokratik düşüncəsini səsləndirdiyinə görə partiyadan çıxarıldı”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Müsavat Partiyası Divanının dünən keçirilən iclasında Səxavət Əlisoyun partiyadan kənarlaşdırılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, S.Əlisoy sadəcə tələb edib ki, Müsavat Partiyasının nizamnaməsinin tələbləri yerinə yetirilsin və fakt ortaya qoyub ki, partiya nizamnaməsinin tələbləri kobud şəkildə pozulub, seçkilər saxtalaşdırılıb: “O tələb edir ki, demokratik qaydada qurultay keçirilsin. Çünki bir qrup tərəfindən Müsavat Partiyası monopoliyadadır. Ömrü boyu yalandan demokratiyadan, fikir plüralizmindən danışanlar, Azərbaycanda keçirilən seçkiləri saxtalıqda ittiham edənlər bu gün özləri hansı vəziyyətdə olmalarını ortaya qoydular. Partiya rəhbərliyinə seçkilərdə hətta ən iyrənc saxtakarlığa əl atırlar. Demək olar ki, “Müsavat”da tanınmış simaların əksəriyyəti bütün bu məsələ ilə əlaqədar ya partiyanı tərk edib, ya da azad fikirlərinə görə partiyadan çıxarılırlar”.
Millət vəkili Qubad İbadoğlu və Səxavət Əlisoyun Azərbaycan iqtidarı tərəfindən idarə olunması ittihamlarına da cavab verib: “İstər yerli təşkilat sədrləri, istər partiya gənclər təşkilatının sədri, istər ayrı-ayrı şəxslər, məsələn, Nəsib Nəsibli, Hikmət Hacızadə və “Müsavat”ın əksər qurucuları son qurultayın seçiminə etirazını bildirib. Bunun iqtidara nə dəxli var axı? Buna etiraz edənlər sadəcə deyirlər ki, azad və ədalətli seçki keçirilsin, Nizamnaməyə uyğun hərəkət tələb edirlər. Onlar haqlı olaraq deyirlər ki, seçki Arif Hacılının saxtakarlığı, fitnəkarlığı ilə keçirilməməlidir. Budur söhbət. Bunun iqtidara nə aidiyyəti var? Hamınız da görürsünüz ki, Müsavat Partiyası tərəfindən bunların fikirlərinə heç kim cavab vermir, Arif Hacılının iki qardaşından başqa hamı susur. Bu da təsdiq edir ki, Müsavat Partiyası Arif Hacılı tərəfindən monopoliyaya götürülüb. Təbii ki, burada bilavasitə İsa Qəmbərin barmağı var”.
S.Novruzov Müsavatın gələcəyi ilə bağlı qənaətini də açıqlayıb: “Ya təkrar qurultay keçirilməlidir, ya da yeni bir Müsavat Partiyası yaranacaq”.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18

