“Heydər Əliyev - əbədiyaşar lider”
10.12.2014 [10:09]
Qaradağ rayonunda Ulu öndərin anım gününə həsr olunmuş tədbir keçirilib
Dünən Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində “Heydər Əliyev - əbədiyaşar lider” mövzusunda konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə Lökbatan qəsəbəsində Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu öndərin abidəsinin önünə güllər düzüb, Onun xatirəsini ehtiramlar yad ediblər. Konfransda Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, millət vəkili Ağalar Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov və rayon ictimaiyyəti iştirak ediblər.
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən qısametrajlı filmin nümayişindən sonra tədbiri giriş nitqi ilə açan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərin Ulu öndər Heydər Əliyev tərəfindən yaradıldığını qeyd edib. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev Özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin möhkəmlənməsində, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib: “Məhz buna görə də, xalqımız Ümummilli lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu adlandırıb”.
S.Mikayılov Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini xatırladaraq Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin praqmatik fəaliyyəti nəticəsində bunun artıq reallığa çevrildiyini vurğulayıb.
Öz növbəsində Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını Öz üzərinə götürən Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyduğunu bildirib. O, daha sonra Ulu öndərin Azərbaycanda qanunvericilik bazasının təkmilləşdirilməsi, ölkəmizdə hüququn aliliyi prinsipinin bərqərar olmasındakı rolundan bəhs edib, milli dövlətçiliyimizin xilası üçün gördüyü tədbirlərdən danışıb. YAP İcra katibinin müavini, həmçinin, vurğulayıb ki, Heydər Əliyev dühası, əzəməti, Heydər Əliyev rəhbərliyinin qeyri-adiliyi onda idi ki, dağılmaq, parçalanmaq həddində olan Azərbaycanı, çökməkdə olan dövlətçiliyimizi qorudu, cilaladı, möhkəmləndirdi, əzəmətə gətirdi: “O, ölkəni təhdid edən vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısını aldı. Xilas yolunu, ilk növbədə, qarşılıqlı ittihamlara, hakimiyyət uğrunda gedən çəkişmələrə, qruplararası ziddiyyətlərə son qoymaqda, ədavət hissini unutmaqda və bununla da, xalqın milli birliyinə, vətəndaş həmrəyliyinə nail olmaqda görür və haqlı olaraq, məhz bu istiqamətdə uğurlu tədbirlər həyata keçirirdi. Bütün bu ağır məqamlarda Ulu öndər xalqın gücünə arxalanır, millətin Ona olan sonsuz inamına bel bağlayırdı”.
S.Novruzovun sözlərinə görə, bu gün ölkəmiz, Azərbaycan Prezidenti İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində, dünyanın sayılan-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov isə deyib ki, zamanın ötməsinə, vaxt keçməsinə baxmayaraq, Ümummilli liderimiz heç bir vaxt unudulmur, hər birimizin xatirəsində ucalır, O yenə də bizimlədir. Bu isə bizim qəlbimizi fərəhlə doldurur: “Ümummilli liderimiz Heydər Əliyev bütün həyatını, varlığını Öz mənsub olduğu doğma xalqına həsr edib. Dünya siyasətində böyük şəxsiyyətlər çoxdur. Amma xalqının tarixinə çevrilən, millətinin, dövlətinin adı çəkilən kimi yada düşən siyasi xadimlər nadirdir. Heydər Əliyev məhz belə şəxsiyyətdir. Bu gün Ümummilli liderimizi xatırlayanda gözümüzün önündə canlanan ilk tablo da müstəqil Azərbaycandır”.
Daha sonra çıxış edən millət vəkili Ağalar Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov və digərləri də qeyd ediblər ki, Ulu öndər Heydər Əliyev güclü, xarizmatik lider, fenomenal siyasətçi və dövlət xadimi kimi müstəqil Azərbaycan dövlətinin inkişafında müstəsna xidmətlər göstərib.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18

