Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Din / Azərbaycan Özbəkistanda keçiriləcək beynəlxalq konfransda təmsil olunacaq

Azərbaycan Özbəkistanda keçiriləcək beynəlxalq konfransda təmsil olunacaq

13.10.2024 [22:19]

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 14-də Özbəkistan səfər edəcək və bu ölkənin Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və himayəsi ilə keçirilən “İslam - sülh və xeyirxahlıq dinidir” mövzusunda Beynəlxalq Elmi-praktiki Konfransa qatılacaq.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 15-də Daşkənddə baş tutacaq bu mötəbər tədbirin keçirilməsi ideyasını Özbəkistanın dövlət başçısı ötən il BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı bəyan edib.

Şeyxülislam A.Paşazadə beynəlxalq konfransın açılış mərasimində çıxış edəcək. Forum plenar və 3 bölmə iclası ilə işini davam etdirəcək.

Allahşükür Paşazadənin səfər çərçivəsində yüksək səviyyəli görüşlərdə iştirak edəcəyi nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 542 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30