/ / Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti qarşıya qoyulan bütün məqsədlərə nail olacaq
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti qarşıya qoyulan bütün məqsədlərə nail olacaq
02.04.2014 [09:25]
Aprelin 1-də Bakı Slavyan Universitetində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev ölkəmizdəki milli azlıqların milli-mədəni təşkilatlarının rəhbərləri ilə görüşüb.
AzərTAc xəbər verir ki, tanışlıq xarakteri daşıyan görüşdə çıxış edən Kamal Abdullayev bu tərkibdə toplantıların tez-tez keçiriləcəyini, ayrı-ayrı icmalarda mövcud problemlərin müzakirə olunacağını bildirib.
Kamal Abdullayev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda imzaladığı Sərəncamla ölkədə daha da genişləndirilmiş istiqamətləri əhatə edən millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti yenidən fəaliyyətə başlayıb. Artıq müxtəlif istiqamətlərdə milli azlıqların milli-mədəni təşkilatları ilə birgə fəaliyyətin təşkil olunması üçün işlər görülməkdədir. Dövlət müşaviri əmin olduğunu bildirib ki, xidmət qarşıya qoyulmuş bütün məqsədlərə çatacaq. Birgə layihələr həyata keçirməklə mənsub olduğumuz xalqların, mədəniyyətlərin, dinlərin inkişafına töhfə verə biləcəyik.
K.Abdullayev qeyd edib ki, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin komissiyaları da fəaliyyət göstərəcək. Milli azlıqların milli-mədəni təşkilatları öz təklifləri, istəkləri, problemləri barədə həmin komissiyalara müraciət edə biləcəklər. Artıq bu komissiyaların fəaliyyətə başlaması üçün lazımi işlər görülür. Birgə və ya ayrı-ayrılıqda keçiriləcək görüşlərdə təkliflərə və istəklərə baxılacaq, problemlərin həlli yolları müzakirə olunacaq.
Dövlət müşaviri deyib: “Hər hansı icmada baş verə biləcək problem onun daxili məsələsi deyildir. Bu, hər birimizi düşündürməlidir. Yəni, biz bütöv bir halda Azərbaycan dövlətinin vətəndaşları kimi problemlərimizin həlli istiqamətlərində də bir-birimizə dəstək olmalıyıq”.
“Dövlətçilik prinsipləri fəaliyyətimizdə əsas olmalıdır”, - deyən K.Abdullayev əminliklə bildirib ki, bu istiqamətdə qarşıya qoyduğumuz bütün məqsədlərə nail olacağıq.
Bu yaxınlarda Azərbaycanın bır sıra bölgələrinə səfər etdiyini deyən Dövlət müşaviri keçirdiyi görüşlər zamanı yerli sakinlərin dövlətçiliyimizə, Azərbaycan Prezidentinə sadiqliyinin şahidi olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan bütün dünyaya öz çoxmədəniyyətli cəmiyyətini nümayiş etdirir. Azərbaycan bütün dünyada tolerant ölkə kimi tanınır, Prezident İlham Əliyevin təşəbbüsü ilə hər il Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirak edən xarici dövlətlərin nümayəndələri ölkəmizin bu təcrübəsini öyrənirlər.
Bu gün Azərbaycanın kifayət qədər gücü olduğunu deyən Dövlət müşaviri qeyd edib ki, dövlətçilik, azərbaycançılıq ideologiyasına zidd istənilən hərəkətlərin qarşısı qətiyyətlə alınacaq. O bildirib ki, Qarabağ müharibəsi dövründə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri düşmənə qarşı çiyin-çiyinə cəsarətlə vuruşub, torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstəriblər.
K.Abdullayev bildirib ki, Dövlət müşaviri xidməti cəmiyyətlə birgə fəaliyyət nəticəsində Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, dilinin inkişafı, tarixinin öyrənilməsi istiqamətində şəhərlərdə, qəsəbələrdə, kəndlərdə önəmli layihələr həyata keçirəcək. Bu layihələrə gənclərin də cəlb edilməsinin əhəmiyyətini vurğulayan Dövlət müşaviri onların dövlətçiliyimizə yad olan müxtəlif yollardan çəkindirilməsinin zəruriliyini qeyd edib.
Sonra ayrı-ayrı icma rəhbərləri çıxış ediblər.
Azərbaycanın rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin bildirib ki, bu gün ölkəmizdə dövlət və xalq arasındakı münasibətlər çox yüksək səviyyədədir. Dövlətin və xalqın fikirləri bütün məsələlərdə üst-üstə düşür.
Digər çıxış edən natiqlər də deyiblər ki, Azərbaycanda bütün dinlərə mənsub insanların sərbəst şəkildə öz inanclarına etiqad etmələrinə, müxtəlif millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşları kimi yaşayıb çalışmalarına lazımi şərait yaradılıb. Bu gün müasir Azərbaycan dünyaya dini tolerantlıq, millətlərarası münasibətlərin inkişafı modelini nümayiş etdirir.
Çıxışlarda əminliklə bildirilib ki, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti ölkəmizdə milli və dini azlıqların yarana biləcək problemlərinin aradan qaldırılmasında önəmli rol oynayacaq.
Milli azlıqların milli-mədəni təşkilatlarının rəhbərləri çıxışlarında, həmçinin bir sıra təkliflər irəli sürüb, belə görüşlərin keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıblar.
Xəbər lenti
Hamısına baxSosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22

