Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Honkonqda çoxmərtəbəli binada yanğın olub, ölənlər və yaralananlar var

Honkonqda çoxmərtəbəli binada yanğın olub, ölənlər və yaralananlar var

10.04.2024 [13:35]

Çinin Honkonq xüsusi inzibati ərazisində 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 36 nəfər xəsarət alıb.

AZƏRTAC Honkonq şəhər hökumətinin açıqlamasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 8 radələrində binanın birinci mərtəbəsindəki fitnes zalında başlayıb. Yanğın təxminən 2 saat yarımdan sonra söndürülsə də, qatı tüstü mənzillərə dolub və tələfata səbəb olub. Ölənlərdən biri xilas olmaq üçün yuxarı mərtəbələrdən tullanan şəxsdir. Bir neçə nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. 

Hazırda ərazidə axtarış işləri aparılır, 250 sakin təxliyə edilib, təxminən 50 nəfər isə yanğınsöndürənlər gəlməzdən əvvəl özləri binanı tərk edib. 

Yanğının söndürülməsinə və axtarış-xilasetmə işlərinə 210-dan çox canlı qüvvə cəlb olunub. Yanğının hansı səbəbdən baş verdiyi bilinməsə də, polis yanğının qəsdən törədilməsi faktını istisna etmir. Mənzillərin bəziləri hostel kimi fəaliyyət göstərdiyindən binada gecələyənlərin dəqiq sayı məlum deyil.

Paylaş:
Baxılıb: 770 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30