Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Hindistanda mikroavtobus yük maşını ilə toqquşub, azı 13 nəfər ölüb

Hindistanda mikroavtobus yük maşını ilə toqquşub, azı 13 nəfər ölüb

28.06.2024 [11:23]

Cümə günü Karnataka ştatının cənub-qərbində mikroavtobusun hərəkətsiz vəziyyətdə olan yük maşını ilə toqquşması nəticəsində azı 13 nəfər ölüb, dörd nəfər isə yaralanıb.

AZƏRTAC “India today” saytına istinadla xəbər verir ki, yaralıların vəziyyəti ağır olaraq qalır. Qəza sərnişinlər qonşu rayondakı hindu məbədindən geri qayıdarkən baş verib.

Polisin məlumatına görə, toqquşmanın təsirindən cəsədlər mikroavtobusun qalıqları arasında qaldığından xilasedicilər onları çıxarmaqda çətinlik çəkib. Ölənlərin arasında bir uşağın da olduğu bildirilir.

Hadisə ilə bağlı cinayət işi qaldırıb və qəzanın səbəblərinin müəyyən edilməsi üçün araşdırmaya başlayıb.

Xatırladaq ki, Hindistanda ölümcül yol qəzaları tez-tez baş verir və buna həddindən artıq yüklənmə, yolların pis vəziyyəti səbəb olur. Rəsmi məlumatlara əsasən, ölkədə hər il təxminən yarım milyon yol qəzası baş verir və nəticədə 150 minə yaxın insan həyatını itirir.

Paylaş:
Baxılıb: 720 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30