Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransa parlamentinə seçkilərin ilk turunda “Milli birlik” partiyası qalib gəlib

Fransa parlamentinə seçkilərin ilk turunda “Milli birlik” partiyası qalib gəlib

01.07.2024 [11:26]

Fransada keçirilən parlament seçkilərinin birinci turunda sağçı “Milli birlik” partiyası və onunla müttəfiq qüvvələr 33,4 faiz səs toplayaraq qalib gəlib.

AZƏRTAC xəbər verir ki, “Parisien” qəzeti bu barədə Fransa Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Məlumata görə, seçkilərdə ikinci yeri 27,98 faizlə solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası, üçüncü yeri 20,76 faiz səslə Prezident Emmanuel Makronun koalisiyası, dördüncü yeri isə 6,56 faiz səslə respublikaçılar tutub. Digər siyasi qüvvələr isə seçicilərin yalnız 3,67 faizinin etimadını qazanıb.

Seçkilərin birinci turunun nəticələrinə görə, “Milli birlik” parlamentdə 39 deputatla, “Yeni Xalq Cəbhəsi” 32 deputatla, Emmanuel Makronun koalisiyası cəmi iki deputatla, respublikaçılar bir deputatla, digər partiyalar isə iki deputatla təmsil olunacaqlar.

Birinci turda qalib gəlmək üçün namizədlər 50 faizdən çox səs toplamalı və səslərin sayı dairə üzrə qeydə alınan seçicilərin ümumi sayının ən az 25 faizini təşkil etməlidir. Əlli faizlik baryeri keçə bilməyən namizədlər seçkilərin iyulun 7-nə planlaşdırılan ikinci turunda iştirak etməli olacaqlar.

Fransa parlamenti 577 deputatdan təşkil olunur. Parlamentdə çoxluğu əldə etmək istəyən partiyaya 289 mandat kifayət edir.

Xatırladaq ki, Fransada iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə sağçı “Milli birlik” partiyası 31,36 faiz səs toplayaraq Emmanuel Makron koalisiyasını iki dəfədən çox üstələyib. Partiyasının Avropa seçkilərində iflasından sonra dövlət başçısı parlamenti buraxaraq növbədənkənar seçkilər elan edib.

Paylaş:
Baxılıb: 1097 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30