Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avstraliyanın baş naziri NATO sammitində iştirakdan imtina edib

Avstraliyanın baş naziri NATO sammitində iştirakdan imtina edib

02.07.2024 [10:33]

Avstraliyanın baş naziri Entoni Albanese iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitində iştirakdan imtina edib. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə “Sky News Australia” məlumat yayıb.

Qeyd olunur ki, Avstraliyanı sammitdə ölkənin baş nazirinin müavini və müdafiə naziri Riçard Marles təmsil edəcək.

Bəzi müxalifət üzvləri Albanesenin qərarını tənqid ediblər. Onların fikrincə, Avstraliyanın baş nazirinin Şimali Atlantika Alyansının iclasında iştirakı ölkənin milli maraqları, eləcə də dünyada təhlükəsizlik məsələləri baxımından əhəmiyyətli olardı.

Xatırladaq ki, Avstraliyanın baş naziri və baş nazirinin müavini bundan əvvəl Ukrayna üzrə iyunun 15-16-da İsveçrənin Bürgenstok kurortunda keçirilən sammitə getməkdən imtina etmişdi.


Havar Şəfiyeva  

Paylaş:
Baxılıb: 806 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30