Avropaya giriş “yadqitəlilər” üçün çətinləşir
11.09.2024 [09:52]
Elektron giriş və çıxış sisteminin əsl mahiyyəti nədir?
Köhnə qitə terror təhlükəsinin qarşısını alır Qlobal kataklizmlər dalğasının Avropaya “çatması” köhnə qitə üçün “SOS” xəbərdarlığına çevrilib. İki ildən artıqdır qitənin mərkəzində gedən qanlı müharibə bu və ya digər şəkildə regionun bütün ölkələrinə siraəət edir - bütün sahələr üzrə müşahidə olunan krizislər turizmə də təsirsiz ötüşmür. Eyni zamanda, baş verənlər turizmin inkişafı üçün ən vacib şərtə çevrilən təhlükəsizlik məsələsini də sual altına alıb. Bəli, Qərb üzdə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri görsə də, bu tədbirlərin alt qatında həm də təhlükəsizlik elementləri özünü göstərir. Məsələn, Aİ ölkələrinə giriş-çıxışla bağlı yeni qaydaların təsbit olunması kimi...
2 ildir təxirə salınırdı - yenə təxirə düşə bilər...
Belə ki, noyabrın 10-dan etibarən Avropa İttifaqı (Aİ) ölkələrindən olmayan səyahətçilərin Şengen zonası Aİ-yə giriş və çıxışlarını elektron şəkildə qeyd etmək üçün nəzərdə tutulmuş Giriş/Çıxış Sistemi (EES) tətbiq ediləcək. Sistemin tətbiqi öncə oktyabrın 6-na təyin edilsə də, müəyyən səbəblərdən bir ay gecikəcək. Britaniyanın The Independent qəzetinə görə, hətta tarix daha bir həftə, noyabrın 17-nə qədər təxirə salına bilər. Amma bu da dəqiq tarix deyil. Belə ki, Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand məsələ ilə bağlı mediaya açıqlamasında bildirib ki, yeni İT arxitekturasının tətbiqi üçün yol xəritəsi EES sisteminin 2024-cü ilin payızında və ETIAS-ın (vizasız səyahət edənlər üçün Aİ-yə giriş icazəsi) 2025-ci ilin yazında istifadəyə hazır olacağını nəzərdə tutur. “Dəqiq tarix Avropa Komissiyası tərəfindən müəyyən ediləcək və EES-in tətbiqinə başlamazdan əvvəl rəsmi internet saytında elan ediləcək. Hazırda paylaşacağımız tariximiz yoxdur”, -deyə Viqand əlavə edib.
Xatırladaq ki, bu tədbir ilkin olaraq 2022-ci ilə planlaşdırılmışdı - sonradan təxirə salındı. Təxirə düşməsinə səbəb isə EES-nin işə salınmasının müxtəlif İT problemləri və quru, dəniz, hava sərhəd-keçid məntəqələrində avtomatlaşdırılmış maneələrin gec quraşdırılması idi. Amma artıq vəziyyət dəyişir - nəqliyyat operatorları, liman və hava limanı rəhbərləri artıq səslərini ucaldırlar. Onlar əlavə gecikmələrdən ehtiyatlanırlar.
Bildirilir ki, “Paris-2024” Olimpiya və Paralimpiya Oyunlarına görə yay mövsümündə heç bir sınaq keçirilmədiyi üçün sistemin səmərəliliyi ilə bağlı qeyri-müəyyənlik mövcuddur. Bununla belə, bir çox ölkələr EES sistemini işə salmağa hazır olduqlarını iddia ediblər.
2 stansiya üçün 10 milyon avrodan çox büdcə...
Qeyd edilir ki, EES sistemi bütün sərhəd-keçid məntəqələrində, Şengen zonası ölkələrinin beynəlxalq hava limanlarında, eləcə də Fransa və Böyük Britaniya arasında hərəkət edən “Eurostar” sürət qatarı üçün vağzalda yerləşdiriləcək. Bu aparatlar pasportları və ya digər səyahət sənədlərini skan etməyə imkan verəcək. “Eurostar” şirkətinin məlumatına görə, Böyük Britaniyadakı “St Pancras” və Parisdəki “Gare du Nord” stansiyaları üçün büdcə 10 milyon avrodan çox olub.
EES sistemi səyahətçilərə sərhədi keçməzdən əvvəl pasportların skanı və biometrik məlumatlarla bağlı özünəxidmət köşklərini təqdim edəcək. Bu yeni protokol pasporta əl ilə möhür vurma sistemini əvəz etmək, giriş və çıxış prosesini daha təhlükəsiz və səmərəli etmək məqsədi daşıyır. Bununla belə, bu transformasiya rəqəmsal texnologiyaları o qədər də yaxşı bilməyən səyahətçilər üçün əlavə çətinlik yarada bilər.
Tətbiqlə bağlı narahatlıqlar - bəzi ölkələr hazır deyil
Bəli, dəyişiklik qüvvəyə mindikdə, Şengen zonasına daxil olmayan səyahətçilər uzunmüddətli sərhəd yoxlamaları ilə üzləşəcəklər. Bəzi ölkələr artıq sxem işə salındıqda xaosun baş verməsini ehtimal edir və bu təhlükəni də önə sürür. Bununla yanaşı, prosedurun yoxlamaları asanlaşdıracağına və daha çevik olacağına ümid edənlər də var.
Beləliklə, “The Independent”ə görə, AB ilə sərhəddəki ən işlək nəqliyyat qovşaqlarında, məsələn, Böyük Britaniyadan gələnlər üçün Fransaya giriş zamanı növbələri minimuma endirmək üçün ilk növbədə “təhlükəsizlik klapanı” sistemi işə düşəcək.
Məsələ ilə bağlı Avropa Şurasının “Statewatch” qeyri-kommersiya təşkilatı tərəfindən dərc edilən hesabatında deyilir ki, müxtəlif ölkələr EES-in tətbiqi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Məsələn, Malta yeniliyi işə salmağa ümumiyyətlə hazır deyil. Bu ölkədə hava limanlarında və dəniz limanlarında avtomatik idarəetmə üçün müvafiq avadanlıq alınmayıb.
Oxşar problem Aİ-də xarici vətəndaşları avtomatik yoxlamaq üçün cihaz almamış bir çox kiçik hava limanları üçün də aktualdır.
Hibrid və digər təhlükəsizlik təhdidlərinin artmasından qorunmaq üçün...
Məsələnin kökündə təhlükəsizlik amilinin dayanması isə Aİ strukturlarının rəhbərləri tərəfindən dolayısı ilə etiraf edilir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı qeyri-qanuni keçidlərə qarşı təhlükəsizliyini artırmaq üçün rəqəmsal icma sərhəd nəzarəti sistemi yaratmaq niyyətindədir. Biz tam fəaliyyət göstərən Avropa rəqəmsal sərhəd idarəetmə sistemi ilə Aİ-ni dünyanın ən qabaqcıl turizm məkanına çevirəcəyik. Bununla belə, biz həmçinin qeyri-qanuni keçidlərin qarşısını almaq və Aİ-ni hibrid və digər təhlükəsizlik təhdidlərinin artmasından qorumaq üçün sərhədlərimizin təhlükəsizliyini yaxşılaşdırmalıyıq”, - deyə Ursula fon der Leyen bildirib. Avroskeptiklər Ursula fon der Leyenin rəqəmsal sərhəd nəzarəti sistemi haqqında danışarkən dəqiq nəyi nəzərdə tutduğunu araşdırır - bəzilərinin fikrincə, siyasətçinin bəyanatı yaxın gələcəkdə EES və ETIAS sistemlərini işə salmaq planlarını təsdiqləyir. Digərləri isə süni intellektdən istifadə edilməklə yeni layihənin həyata qədəm qoyacağına inanırlar.
Məsələnin birbaşa terror təhlükəsi ilə əlaqədar olması isə bütün ştrixləri üzrə bəllidir - artıq səyahətçilər hər üç ildən bir götürülən barmaq izləri və üz skanları kimi biometrik yoxlamalardan keçəcək. Bu məlumatlar interpol xidmətləri üçün də əlçatan olacaq. Beləliklə, terror təhlükəsi və ya təhdidinin minimuma endirilməsi üçün vacib addımlar atılır - hansısa ter?or qruplarının nümayəndələrinin fərqli adlar altında ölkələrin ərazisinə girişi son ana qədər yoxlanılacaq.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

