Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İğtişaşlar Yeni Kaledoniyaya 2 milyard avrodan çox zərər vurub

İğtişaşlar Yeni Kaledoniyaya 2 milyard avrodan çox zərər vurub

21.10.2024 [16:54]

Fransa hakimiyyəti Yeni Kaledoniyada komendant saatını noyabrın 4-dək uzadıb. İğtişaşlar bölgəyə 2,2 milyard avrodan çox zərər vurub.

AZƏRTAC xəbər verir ki, “France-Presse” agentliyinin məlumatına görə, Yeni Kaledoniyada mayın ortalarından bəri davam edən iğtişaşlar nəticəsində iki jandarm da daxil olmaqla 13 nəfər həlak olub, yüzlərlə insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Fransa hakimiyyəti arxipelaq ərazisində mayın 17-dən tətbiq etdiyi komendant saatını noyabrın 4-dək uzadıb. Eyni zamanda, regionda idman yarışları istisna olmaqla, bütün kütləvi tədbirlər məhdudlaşdırıb. Etirazları yatırmaq üçün Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərilib.

Xatırladaq ki, mayın 13-də arxipelaqın inzibati mərkəzi Numea şəhərində seçici siyahılarının genişləndirilməsi ilə bağlı qərara qarşı iğtişaşlar başlayıb. Qərar Yeni Kaledoniyada 10 ildən artıq yaşayan şəxslərə regional seçkilərdə səsvermə hüququ verilməsini nəzərdə tutur.

Paylaş:
Baxılıb: 317 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30