AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb
04.01.2025 [16:47]
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qız sessiyası yanvarın 27-də işə başlayacaq.
AZƏRTAC xəbər verir ki, sessiyanın ilk günündə Assambleyanın prezidenti və vitse-prezidentləri seçiləcək. AŞPA-nın qış sessiyasının plenar iclasında Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Lüksemburqun Baş naziri Lyuk Fridenin çıxışları gözlənilir. Lüksemburqun xarici işlər və xarici ticarət naziri, Nazirlər Komitəsinin sədri Xavier Bettel Assambleyaya öz kommunikasiyasını təqdim edəcək və parlamentarilərin suallarını cavablandıracaq.
Qış sessiyasının plenar iclasında Ümumdünya patriarxı I Varfolomeyin də çıxışı nəzərdə tutulub.
Sessiya çərçivəsində Avropa Şurasının Baş katibi Alen Bersenin kommunikasiyası, həmçinin Qəzzada qadınlar, uşaqlar və girovlarla əlaqədar humanitar böhranla bağlı debatlar planlaşdırılıb. Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Marko Boşnjak yeni qaydalara əsaslanan beynəlxalq nizama zərurət mövzusunda çıxış edəcək. Sessiyanın plenar iclasında yaddaş və tarixin tədrisində multiperspektivliyə dair debatlar aparılacaq. Həmçinin iclas çərçivəsində “Auschwitz-Birkenau” düşərgəsinin azad edilməsinin 80-ci ildönümünə həsr olunmuş tədbirin təşkili planlaşdırılıb.
Muzdlu və özəl hərbi şirkətlərin insan hüquqları və qanunun aliliyi üçün yaratdığı risklər, ifadə azadlığını qorumaq üçün sosial şəbəkələrdə məzmun moderasiyasını tənzimləmək, Avropanın demoqrafik yaşlanmasına cavablardan biri olan immiqrasiya və yaşlı insanlara qarşı yaşa görə ayrı-seçkilik kimi mövzular da sessiyanın gündəliyində yer alıb.
Assambleyada, həmçinin vəkillik peşəsinin müdafiəsi üzrə Avropa Şurasının Konvensiya layihəsinə, eləcə də məşğulluq, sahibkarlıq və həssas gender büdcəsi kimi qadınlara və iqtisadiyyata dair hesabatlara baxılacaq. COVID və sağlamlıq hüququna çıxış, Gürcüstanda keçirilən qanunvericilik seçkilərinin müşahidəsi və Assambleyanın monitorinq prosedurunun təkamülü kimi məsələlər də müzakirə olunacaq.
Qış sessiyası yanvarın 31-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30

