“Bundesbank” 45 ildə ilk dəfə zərər edib
25.02.2025 [15:57]
Almaniyanın ən böyük banklarından biri olan “Bundesbank” Avropa Mərkəzi Bankının (ECB) faiz siyasəti nəticəsində 1979-cu ildən sonra ilk dəfə ötən il rekord məbləğdə - 19,2 milyard avro zərər edib.
AZƏRTAC xəbər verir ki, bu barədə bankın prezidenti Yoaxim Nagel Frankfurtda təşkil olunan mətbuat konfransında məlumat verib.
O, bu zərərin qarşıdakı illərdə daha az olacağını proqnozlaşdırdığını bildirib.
ECB-nin davamlı faiz artımları nəticəsində “Bundesbank”ın maliyyə ehtiyatları əhəmiyyətli dərəcədə tükənib və ilin sonunda bankda cəmi 0,7 milyard avro ehtiyat qalıb. Buna baxmayaraq, faiz gəlirlərində azalma az olub. 2023-cü ildə bu azalma 13,9 milyard avro olduğu halda, ötən il bu rəqəm 13,1 milyard avro təşkil edib.
Ənənəvi olaraq, Maliyyə Nazirliyi “Bundesbank”dan büdcəyə illik təxminən 2,5 milyard avro ödəniş gözləsə də, bank ardıcıl beşinci ildir federal büdcəyə vəsait köçürə bilməyəcək. Bank sonuncu dəfə 2019-cu ildə 5,85 milyard avro mənfəət əldə edib ki, bu da maliyyə böhranından sonrakı ən yüksək göstərici olub.
“Bundesbank” sonuncu dəfə 45 il əvvəl - 1979-cu ildə zərər edib. Həmin vaxt bankın zərəri hazırkı hesablamalarla 2,9 milyard avro olub.
Qeyd edək ki, ECB 2022-ci ildən etibarən inflyasiyanı sabit saxlamaq üçün faiz dərəcəsini kəskin şəkildə artırıb, daha sonra isə yenidən endirmişdi. Artan faizlərin “Bundesbank”ın xərclərini artırmasına baxmayaraq, uzunmüddətli istiqrazlardan əldə edilən gəlirlər azalıb.
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35

