Bioloqlar iştahı idarə edən qədim neyrohormon aşkar ediblər - ARAŞDIRMA
25.03.2025 [16:22]
London Kraliça Meri Universitetinin tədqiqatçıları insanlarda iştahı tənzimləyən neyrohormonun yarım milyard ildən çox təkamül tarixinə malik olduğunu müəyyən ediblər.
AZƏRTAC xəbər verir ki, “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilən araşdırmaya görə, “bombesin” adlı bu neyrohormon təkcə insanlarda deyil, dəniz ulduzları və digər dəniz canlılarında da mövcuddur. “Bombesin” ilk dəfə 1971-ci ildə odlu qarınlı qurbağadan (Bombina bombina) sintez edilib və onun məməlilərdə qida qəbulunu azaltdığı müşahidə olunub. Bu kəşf alimlərə bombesinin iştahı idarə edən neyrohormonların təkamül tarixində mühüm rol oynadığını düşünməyə əsas verib.
Professor Moris Elpik və komandası, Parisdəki Paste İnstitutu ilə əməkdaşlıq edərək bombesinin onurğasız heyvanlardakı genetik izlərini araşdırıblar. Nəticədə, dəniz ulduzları (Asterias rubens), dəniz kirpisi və dəniz xiyarı kimi canlılarda bombesinə bənzər neyrohormonları kodlayan genlər aşkarlanıb.
Daha sonra tədqiqatçılar “ArBN” adlı dəniz ulduzuna neyrohormonun təsirini araşdırıblar. Təcrübələr göstərib ki, bu, “ArBN” dəniz ulduzlarının mədəsinin daralmasına və qidalanmanın gecikməsinə səbəb olur. Bu, bombesinin qədimdən bəri heyvanlarda iştahın tənzimlənməsində mühüm rol oynadığını təsdiqləyir.
Tədqiqat yalnız neyrohormonların təkamülünü aydınlaşdırmır, həm də piylənmə ilə mübarizədə yeni dərmanların hazırlanmasına töhfə verə bilər. Bundan əlavə, alimlər iqlim dəyişikliyi nəticəsində dəniz canlılarına təhlükə yaradan dəniz ulduzlarının qidalanmasını məhdudlaşdırmaq üçün də bombesindən istifadə imkanlarını araşdırırlar.
Bu kəşf insanlarla dəniz canlıları arasında gözlənilməz bir təkamül əlaqəsini ortaya qoyaraq qidalanma mexanizmlərinin milyon illər əvvəl formalaşmış ortaq neyrobioloji əsaslarını üzə çıxarır.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57

