Fransızların 42 faizi ölkənin vətəndaş müharibəsi ilə üzləşəcəyini hesab edir
26.03.2025 [17:14]
Fransa İctimai Rəy İnstitutu (IFOP) və “Agir Ensemble” qrupunun birgə apardığı sosial sorğuların nəticələrinə görə fransızların 42 faizi düşünür ki, Fransa vətəndaş müharibəsi ilə üzləşəcək.
AZƏRTAC xəbər verir ki, nəticələrə əsasən “Le Figaro” ölkədə sosial əlaqələrin pozulması, islamçı təhdid forması düşüncəsi və Amerika təcridizmi ilə bağlı görünməmiş qorxunun olduğunu təsdiqləyib.
Fransızlar sosial birliyin təhlükə olmasından daha çox qorxurlar. Sosial sorğuda fransızlar ölkənin daxili vəziyyəti ilə bağlı daha çox narahat olduqlarını ifadə ediblər.
Hər on fransızdan 8-i son iyirmi ildə sosial əlaqələrin möhkəmliyini itirdiyinə inanır. Eyni rəqəm zorakılığın səviyyəsinin artdığını hesab edir. IFOP-un baş direktoru Frederik Dabinin sözlərinə görə, ümumilikdə gələcəklə bağlı narahatlıq görünməmiş səviyyəyə çatıb.
Parçalanma və islamçılıq qarşısında milli birliyi qiymətləndirməyi hədəfləyən bu sorğu martın 26-da Parisdə “Dome de Paris” adlanan İdman Sarayında keçirilməsi planlaşdırılan tədbir ərəfəsində reallaşdırılıb. Tədbirdə həm 1905-ci ildə dünyəvilik haqqında qanunun qəbulunun 120 illiyi, həm də “islamçı”ların hücumlarının 10 illiyi qeyd ediləcək.
Mütəmadi olaraq sinfi şüurun tənəzzülündən danışılsa da, sorğu göstərir ki, fransızların 56 faizi özünü bir sosial təbəqəyə aid hiss edir. Bu göstərici 1987-ci ildə müşahidə olunan göstərici ilə eynidir və 1960-cı illərin ortalarında qeydə alınan göstəricilərə çox yaxındır: 1964-cü ildə 61% və 1967-ci ildə 59%.
Orta təbəqədə hər hansı bir sinfə aidiyyət hissi əhəmiyyətli dərəcədə azalıb (müdirlər və rəhbər işçilər arasında - 12 bal). Məmurlar arasında isə bu hiss 9 bal, fəhlələr arasında isə daha məhduddur - 5 baldan 53 faizə qədərdir.
Sorğuda iştirak edənlərin 64 faizi sinfi mübarizənin bu gün Fransa cəmiyyətində reallıq olduğuna inanır. Bu, 1967-ci illə müqayisədə təxminən 20 bal çoxdur.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34

