Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Elektromobil qəzasından sonra “Xiaomi”nin səhmləri 5,5 faiz ucuzlaşıb

Elektromobil qəzasından sonra “Xiaomi”nin səhmləri 5,5 faiz ucuzlaşıb

01.04.2025 [19:58]

Sürücüyə yardım sistemindən istifadə edən “Xiaomi” elektrik avtomobilinin qəzaya uğraması barədə xəbərlərdən sonra Honkonq birjasında istehsalçı şirkətin səhmləri 5,5 faiz ucuzlaşıb.

AZƏRTAC xəbər verir ki, “Xiaomi” şirkətinə məxsus SU7 elektrik avtomobili martın 29-da Anhoy əyalətindəki sürət şosesində qəzaya uğrayıb. Qəza nəticəsində üç nəfər ölüb.

Hazırda polis hadisənin səbəbini araşdırır. “Xiaomi” şirkətinin ilkin məlumatına görə, sürücüyə yardım sistemi qəzadan 20 dəqiqə öncə aktivləşdirilib. Sistem sürücünün sükanı tutmadığı barədə bir neçə dəfə xəbərdarlıq edib. Sürücü idarəetməni ələ aldıqdan bir neçə saniyə sonra isə qəza baş verib. Elektrik avtomobili qəzadan sonra yanıb.

Mütəxəssislərin fikrincə, qəza müasir avtomobillərdə istifadə edilən ağıllı sürücülük texnologiyaları ilə bağlı suallar doğurub.

Qeyd edək ki, “Xiaomi” 2024-cü ildə 136 min 854 ədəd “SU7 Series” elektromobili istehsal edib. Şirkət mart ayında 2025-ci il üçün tədarük proqnozunu 300 min ədəddən 350 minə qaldırıb.

Paylaş:
Baxılıb: 482 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Analitik

Dron müharibələri

29 İyul 09:31  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31