ABŞ-ın “TikTok” siyasəti...
05.04.2025 [09:58]
Tramp sosial şəbəkəni almaqda israr edir
Çin şirkətinə mənsub sosial şəbəkə amerikalı milyarderlərin hədəfindədir
ABŞ-ın aylardır davam edən “TikTok macərası” yenidən aktuallaşıb. Xatırladaq ki, yanvar ayında ABŞ-da “Amerikalıları Xarici Nəzarət Edilən Proqramlardan Müdafiə Aktı” qüvvəyə minib və Çinin ByteDance şirkətinin nəzarəti altında olan TikTok-un ABŞ-da fəaliyyəti faktiki olaraq qadağan edilib. Bununla belə, Tramp TikTok-a möhlət verib və Ədliyyə Nazirliyinə qanunu 75 gün ərzində tətbiq etməməyi əmr edib. Həmin müddət isə bu gün, aprelin 5-də başa çatır - həmin dövrə qədər TikTok-un ABŞ bölməsinin satışı ilə bağlı sövdələşmə tamamlanmalıdır, əks halda proqram bloklanacaq.
Qeyd edək ki, Donald Tramp özünün adiçmə mərasimindən dərhal sonra İlon Mask və ya Larri Ellison kimi milyarderlərin TikTok sosial şəbəkəsini ABŞ hökuməti ilə birgə müəssisə formasında satın almasını dəstəkləməyə hazır olduğunu bəyan etmişdi. Tramp təklif etmişdi ki, alıcı şirkət 50 faiz səhmi ABŞ dövlətinə təhvil versin və bunun qarşılığında razılaşmanın həyata keçirilməsinə icazə verilsin. O xəbərdarlıq etmişdi ki, əgər sosial şəbəkə satılmasa, yenidən bloklanma təhlükəsi ilə üzləşəcək.
Rüsumların yumşaldılması qarşılığında...
Bu təklif isə həm iqtisadi, həm də siyasi dairələrdə geniş müzakirələrə səbəb olmuşdu. TikTok-un ABŞ-da fəaliyyəti ilə bağlı bu cür addımın Çinlə münasibətlərə necə təsir edəcəyi və platformanın gələcəkdə necə idarə olunacağı məsələləri açıq olaraq qalmışdı. Sonradan isə Çin ABŞ-da “TikTok”un məcburi satışının qarşısını alacaqlarına söz vermişdi. “The Wall Street Journal”ın mənbələrə istinadən yaydığı məlumatda bildirilirdi ki, Pekin ABŞ-da sosial şəbəkənin qadağan edilməsini ən əlverişli variant hesab edir. Qarşılığında isə ötən ay Konqresin Nümayəndələr Palatası “TikTok”un satışını, satışı mümkün olmasa, qadağan edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqlədi. Çin isə ABŞ-dan “TikTok”a əsassız təzyiq göstərməyi dayandırmağı tələb etmişdi - həmin vaxt ABŞ-ın keçmiş maliyyə naziri, hazırda “Liberty Strategic Capital” özəl investisiya şirkətinə rəhbərlik edən Stiven Mnuçin investorlar konsorsiumunu toplayaraq “TikTok”u almağa hazır olduğunu açıqlasa da bu mümkün olmamışdı.
Amma Vaşinqton özünün bu istiqamətdə səylərini davam etdirir. Hətta ötən ayın sonunda ABŞ Prezidenti “TikTok” sosial şəbəkəsinin satışı ilə bağlı sazişin bağlanması üçün Pekinə qarşı rüsumları yumşaltmaq imkanını da istisna etməyib. “Bəlkə də mən bunun (Çinin sazişi təsdiqləməsi) baş verməsi üçün tarifləri bir az azaldaram və ya buna bənzəyən başqa bir addımlar ata bilərəm”, - deyə Tramp bildirib. O, “TikTok”u almağın bir çox yolunun olduğunu və ən yaxşı yolun tapılacağına əmin olduğunu vurğulayıb. Ağ Ev rəhbəri həmçinin ölkə ərazisində sosial şəbəkənin bloklanmasının təxirə salınmasını uzada biləcəyini də qeyd edib.
Yeni müştəri “Amazon” oldu...
Bu dəfə isə yenidən TikTokla bağlı sürpriz bir təklif ortaya çıxıb. ABŞ-ın elektron ticarət nəhəngi “Amazon” Çin mənşəli məşhur video xidməti üçün sürpriz təklif edib. Artıq bu demək olar ki, sonuncu təklifdir. Çünki TikTok şənbə gününə qədər sahiblik strukturunu dəyişməsə, ABŞ-da qadağaya məruz qalacaq. “Amazon” TikTok-u əldə etmək üçün son dəqiqədə öz təklifini verib. Bununla belə, danışıqlar aparan digər şəxslər şirkətin təklifini ciddi qəbul etmirlər. Təklif ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensə və ticarət naziri Hovard Lütnikə göndərilib. Xatırladaq ki, TikTokun “Amazon” tərəfindən alınması ABŞ hakimiyyəti üçün sərəfli sayılır - “Amazon” şirkətini qurucusu və sahibi ABŞ prezidenti Donald Trampla yaxınlığı ilə bilinən Cef Bezosdur.
“TikTok”u kim alacaq?
Amma prosesin uzanacağı da ehtimal edilir. Vitse-prezident Vens “Fox News”a müsahibəsində bildirib ki, TikTok video xidmətlə bağlı sövdələşməni yekunlaşdırmaq üçün ABŞ-a daha bir neçə gün lazım olacaq. Onun sözlərinə görə, sazişlə bağlı yekun qərarı şəxsən prezident Donald Tramp elan edəcək. O əlavə edib ki, sazişin əsas məqsədi amerikalıların proqrama çıxışını təmin etməklə yanaşı, Birləşmiş Ştatların milli təhlükəsizliyinə zəmanət verməkdir. Eyni zamanda, Vens ABŞ-ın danışıqlarda dəqiq kimin tərəfdaşı olduğunu açıqlamayıb. Başqa sözlə, təkliflər olsa da, “TikTok”u satın alacaq şirkətin adı hələ tam bəlli deyil.
Vurğulayaq ki, Tramp administrasiyası “Oracle” və “Perplexity” kimi şirkətlərin, eləcə də məşhur blogger Cimmi Donaldson (MrBeast), “Shark Tank” proqramının aparıcısı Kevin O’Liri, Employer.com saytının yaradıcısı Cessi Tinsli və milyarder Frank Makkurt kimi şəxslərin müxtəlif təkliflərini nəzərdən keçirir. Prezident ən yaxın zamanda TikTok-un gələcəyini müzakirə etmək üçün Ağ Ev rəsmiləri ilə görüşməyi planlaşdırır və yekun qərarı özü verəcəyini vurğulayır.
Yayılan məlumatlara görə, Tramp “Oracle” və “Blackstone” investisiya şirkəti də daxil olmaqla bir neçə amerikalı sərmayədarın iştirak etdiyi konsorsium sövdələşməni təsdiq edəcək. Lakin belə bir sxem rəsmi satış olmadığı üçün qanunun tələblərinə uyğun gəlməyə də bilər. Alqı-satqının uzanmasının isə problemi yoxdur - qanunun aprelin 5-də qüvvəyə minməsi nəzərdə tutulsa da, Trampın bu müddəti uzatmaq hüququndan yenidən istifadə etməsi mümkündür.
Sosial şəbəkə cərimələnəcək...
Bu arada, TikTokla bağlı müəmma davam etsə də, sosial şəbəkə külli miqdarda cərimə ilə üzləşib. Belə ki, İrlandiyanın Məlumatların Müdafiəsi Komissiyası TikTok sosial şəbəkəsini 500 milyon avro məbləğində cərimələyəcəyini bəyan edib. Cərimənin səbəbi TikTok servisinin avropalı istifadəçilərin məlumatlarını Çinə ötürməsi ilə bağlıdır. Cərimənin təyin edilməsi haqqında qərar aprelin sonuna qədər qəbul ediləcək.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16

