“Sülh zəngi”...
22.04.2025 [08:17]
Beynəlxalq Yer Kürəsi Günüdür
Yarandığı zamandan bu günə qədər bəşəriyyət kifayət qədər böyük təkamül yolu keçib. Bir zamanlar baş verməsini xəyal etdiklərimiz artıq adi məişət və ya texniki əşyaya çevrilib. Məsələn, bir neçə əsr bundan öncə kəşf olunan kimyəvi elementlər belə günümüzdə böyük təkamül yolu keçərək elmdəki bəzi “sirli” qapıların açılmasına səbəb olub. Buna misal olaraq adicə dərman preparatlarını göstərə bilərik. Hansı ki, həmin dərmanlar yalnız mikroskop altında görülən mikrobları belə məhvetmə gücünə malikdir.
Ancaq etiraf edək ki, dünyada baş verən bütün dəyişikliklər insanların rahatlığı üçün yaradılsa da, zaman keçdikcə bəzi problemlərə də yol açıb. Kimyəvi tullantılar, texniki əşyalar, salınmış şəhərciklər, tikilmiş binalar, qazılmış neft buruqları və daha nələr-nələr... Bütün bunlar dünyanın nəfəs alan “ağciyərlərinin” məhvinə gətirib çıxarıb. Bu gün qlobal problemə çevrilən iqlim dəyişikliyi, qlobal istiləşmə, suyun tükənməsi və s. kimi ekoloji problemlər dünyadakı bu dəyişmələrin nəticəsidir. Yaşamaq üçün vacib olan dünyanın qorunması isə hər birimizin borcu və məsuliyyətidir. Məhz bu səbəbdən aprelin 22-si Beynəlxalq Yer Kürəsi Günü kimi qeyd edilir.
Yer Kürəsi Günü insanların Yer kürəsində ekoloji problemlərə diqqət etməsi üçün qeyd olunur. Bu səbəbdən də Yer Kürəsi günü, eyni zamanda, “Ağac Günü” kimi də tanınır. Yer Kürəsi gününün təsisçisi Geylord Nelsondur. Bu əlamətdar gün həm də yazın gəlişi, ətraf mühitin yaşıllaşması münasibəti ilə də qeyd edilir. Bir sözlə, 22 aprel həm sülhsevər və insani yönəlmə, həm də ekoloji xarakter daşıyan gündür.
Tarixə nəzər...
Yer Kürəsi gününün tarixi XX əsrin 70-ci illərinə əsaslanır. Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) 50-dən çox üzv dövlətinin müəllifliyi ilə 2009-cu ildə BMT-nin Ümumi Məclisinin 63-cü iclasına əsasən təsis olunub və 2010-cu ildən etibarən qeyd olunmağa başlanıb. İlk zamanlar Yer Kürəsi Günü bir çox ölkədə günlərin bərabərləşməsi, yazın (Şimal yarımkürəsində) və ya payızın (Cənub yarımkürəsində) başladığı zaman, qeyd olunurdu.
Formalaşmış ənənəyə görə, hər il Yer Kürəsi Günündə ölkələrin böyük əksəriyyətində dinc həyatın, bütün xalqların dostluğunun və həmrəyliyinin simvolu olan “Sülh Zəngi” birdəqiqəlik çalınır. Bu, mədəniyyəti və bəşəriyyətin ən yaxşı nailiyyətlərini qorumaq naminə fəaliyyətə çağırışdır. Həmin mərasimin mənası ondan ibarətdir ki, bu dəqiqə ərzində insanlar planeti necə qoruyub saxlamaq, ondakı həyatı necə yaxşılaşdırmaq, özlərini sakin və Yer kürəsinin bir hissəsi kimi hiss etmək barədə düşünürlər.
İlk “Sülh zəngi” 1954-cü ildə BMT-nin qərargahı Nyu-Yorkda quraşdırılmışdı. 1996-cı ildə belə bir sülh zəngi BMT-də, eləcə də Avstriyanın Vyana şəhərində quraşdırıldı. Daha sonra isə Yaponiyada, Almaniyanın böyük şəhərlərində (1989), Polşada, Türkiyədə (1989), Meksikada (1990), Avstraliya (1992), Monqolustan (1993), Filippin (1994), Kanada (1996), Braziliya (1997), Argentina (1998), Ekvador (1999), Özbəkistan (2003) və digər ölkələrdə quraşdırılıb.
Astronomlar müəyyən ediblər ki, bəşəriyyətin “evi” olan Yer kürəsi kainatın ucsuz-bucaqsız ənginliyinin bir zərrəsidir. İndiyədək kainatın heç bir yerində həyat aşkar olunmayıb. Ancaq Günəş sisteminin üçüncü planeti olan Yer kürəsində yaşayış üçün əlverişli şərait mövcuddur. Üstəlik, bu gözəl planetdə yaşamaq bizə sevinc gətirir, mövcudluğumuz üçün Yer kürəsi çox vacibdir. Ona görə bu planetimizi qorumaq hər birimizin üzərinə düşən mühüm vəzifələrdən biridir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

