Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb

Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb

29.04.2025 [15:21]

Çinin “Şencou-19” missiyasının astronavtlarının aprelin 29-na nəzərdə tutulan Yerə qayıdışı hava şəraiti səbəbindən təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Kosmos Agentliyi açıqlama yayıb.

Agentlik Daxili Monqolustan Muxtar Rayonundakı Donfen eniş zonasında havanın eniş üçün əlverişli olmadığını bəyan edib. Astronavtların növbəti günlərin birində Yerə qayıdışı nəzərdə tutulur.

Qeyd edək ki, “Şencou-19” (“Shenzhou-19”) kosmik missiyasına ötən il oktyabrın 10-da start verilib. Astronavtlar Çay Sucı (heyətin kapitanı), Son Lindon və xanım Van Haocı 6 ay müddətinə Çinin “Tienqon” kosmik stansiyasına ezam olunublar. Onları əvəzləmək üçün aprelin 24-də kosmosa “Şencou-20” missiyasının 3 astronavtı - Çen Don, Çen Conruy və Van Cie göndərilib. “Şencou-19”un astronavtları gəmini həmkarlarına təhvil verib, enişi gözləyirlər.

Paylaş:
Baxılıb: 504 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31