Piylənmə hallarında artım müşahidə olunur - TƏDQİQAT
02.05.2025 [08:34]
“The Lancet: Diabetes & Endocrinology” tibb jurnalında dərc olunmuş yeni tədqiqat məktubuna əsasən, son 20 il ərzində ABŞ-da böyüklər arasında piylənmənin ən ağır formalarının yayılmasında əhəmiyyətli artım müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, Penninqton Biomedikal Tədqiqat Mərkəzinin alimlərinin araşdırmasına əsasən, 2001-2023-cü illərdə bədən kütləsi indeksi (BKİ) 60 kq/m² (kiloqram/kubmetr) və ya daha çox olan piylənmə hallarında 210 faiz artım qeydə alınıb. Bu artım eyni dövrdə ümumi piylənmə göstəricisində baş verən təqribən 30 faizlik artımla müqayisədə olduqca yüksəkdir.
Tədqiqatın əsas müəlliflərindən biri, Penninqton Biomedikal Metamor İnstitutunun direktoru Filip Şauer bildirib ki, indiyədək diqqət daha çox BKİ-si 30 kq/m² və daha yüksək olan ümumi piylənmə kateqoriyasına yönəlib. Lakin BKİ-si 60 kq/m² və ya daha çox olan ekstremal piylənmə halları artan klinik yük, hərəkətliliyin pozulması və yüksək tibbi xərclərlə müşayiət olunur. Şauer qeyd edib ki, tədqiqat həddindən artıq piylənmə səviyyəsinin yayılmasını sənədləşdirən ilk araşdırmalardandır və bu qrupdakı xəstələr daha yüksək sağlamlıq riskləri və yanaşı xəstəliklərlə üzləşdiyindən vəziyyətin ciddiliyi nəzərə alınmalıdır.
Araşdırma göstərib ki, BKİ-si 30 kq/m² olan orta çəkili bir insan təqribən 30–40 funt artıq çəkiyə malikdirsə, BKİ-si 60 kq/m² və ya daha çox olan şəxs artıq 200 funtdan çox çəkidə olur. Piylənmənin bu səviyyəsi fiziki hərəkətsizlik, motorlu vasitələrin istifadəsi, artan hospitalizasiya səviyyəsi və əmək qabiliyyətinin itirilməsi kimi ciddi nəticələrlə əlaqələndirilir.
Tədqiqatçılar, həmçinin BKİ-si 50,0–59,9 kq/m² aralığında olan fərdlər arasında da artım müşahidə ediblər. Bununla yanaşı, 60 kq/m² və ya daha yuxarı olan BMI həddi xüsusilə ciddi yanaşı xəstəliklərin yaranması ilə əlaqələndirilir. Əlavə olaraq, bu ekstremal piylənmə səviyyəsində olan şəxslər üçün standart tibbi avadanlıqların uyğun gəlməməsi diaqnostika və müalicə proseslərini daha da çətinləşdirir. Maraqlıdır ki, bu artım GLP-1 əsaslı arıqlama dərmanlarının yayılması ilə paralel baş verib. Lakin bu dərmanların effektivliyi hələ də bu ekstremal BKİ qrupunda geniş şəkildə öyrənilməyib. Çünki müvafiq klinik sınaqlarda adətən BKİ-si 37–38 kq/m² olan şəxslər iştirak edirlər.
Tədqiqatın nəticələrinə görə, hazırda ABŞ-da BKİ-si 60 kq/m² və ya daha yüksək olan təxminən 850 min nəfər var. Bu isə səhiyyə sistemində təcili resurs və infrastruktur ehtiyacını gündəliyə gətirir. Penninqton Biomedikalın icraçı direktoru Con Kirvan bildirib: “Bu artım səhiyyə təminatçılarına və siyasətçilərə ciddi siqnal verir ki, ekstremal piylənmə ilə bağlı problemləri həll etmək üçün zəruri tədbirlər görülsün”.
Tədqiqat ABŞ Milli Sağlamlıq və Qidalanma Müayinə Sorğusu tərəfindən təqdim edilən məlumatlara əsaslanıb. 2001–2023-cü illər arasında toplanmış məlumatlarda 18 yaşdan yuxarı hamilə olmayan yetkinlərin boy və çəki göstəriciləri təhlil edilib. Analiz nəticəsində müəyyən olunub ki, normal çəki kateqoriyasına daxil olan şəxslərin sayı sabit qalmaqla artıq çəkili (BKİ 25,0–29,9 kq/m²) fərdlərin sayı azalıb, piylənmə kateqoriyasına (BKİ ≥30 kq/m²) daxil olan fərdlərin sayı isə 29,5 faiz artıb. Bu ilkin tədqiqat nəticələri ekstremal piylənmənin artma sürətini və onun yaratdığı tibbi və ictimai-sosial problemləri nəzərə alaraq bu sahədə daha geniş və hədəfli araşdırmalara ehtiyac olduğunu göstərir.
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

