/ / Almaniyanın iqtisadiyyat naziri: Enerji təhlükəsizliyi üçün qaz elektrik stansiyalarının inşası prioritetdir
Almaniyanın iqtisadiyyat naziri: Enerji təhlükəsizliyi üçün qaz elektrik stansiyalarının inşası prioritetdir
10.05.2025 [13:32]
Almaniyanın yeni iqtisadiyyat naziri Katerina Rayxe ölkənin enerji təhlükəsizliyinin təmin olunması məqsədilə qaz elektrik stansiyalarının sürətlə inşasını prioritet elan edib.
AZƏRTAC “Handelsblatt” qəzetinə istinadla xəbər verir ki, tədbirlərin birində çıxış edən nazir Almaniyanın günəş və külək enerjisinin qeyri-sabitliyi fonunda qazla istismar edilən çevik elektrik stansiyalarına təcili ehtiyac duyduğunu ifadə edib: “Bizə elastik qaz elektrik stansiyaları lazımdır. Bu stansiyalar Günəş çıxmadıqda və külək əsmədikdə elektrik enerjisi təmin etməlidir. Bu bizə təcili lazımdır”. O, ən azı 20 qiqavat gücündə yeni stansiyalarla bağlı təxirə salınmadan tender elan edilməsinin vacibliyini vurğulayıb.
İspaniyada və Portuqaliyada baş verən enerji böhranına diqqət çəkən nazir belə stansiyaların enerji təminatında kritik rol oynadığını qeyd edib. O, bu məqsədə çatmaq üçün uzunmüddətli qaz təchizatı müqavilələrinin bağlanmasının və enerji keçidinə dair real qiymətləndirmənin aparılmasının zəruriliyini diqqətə çatdırıb. Qeyd edib ki, bərpaolunan enerji mənbələrinin inkişafı iqlim hədəfləri üçün müsbət addım olsa da, əlavə sistem xərclərinə səbəb olub. Bunlara enerji şəbəkələrinin genişləndirilməsi, şəbəkə tıxanması və ehtiyatda saxlanılan kömür və qaz stansiyalarının xərcləri daxildir. “Bizə düzgün monitorinq aparılması və vəziyyətin reallıqla üzləşdirilməsi lazımdır”, – deyə nazir vurğulayıb.
K.Rayxe Xristian Demokratlar İttifaqı (CDU) və Xristian Sosialistlər İttifaqının (CSU) seçki kampaniyası zamanı səsləndirdiyi iddialara baxmayaraq, atom enerjisinə qayıdışı istisna edib. Yenidən atom enerjisinə keçid üçün maliyyə ilə yanaşı, bu işi həyata keçirəcək şirkətlərin artıq mövcud olmayan etimadın tələb edildiyini vurğulayan nazir, bundan başqa, Almaniyada atom enerjisi üzrə ictimai konsensusun əldə edilməsinin də çətin olduğunu deyib.
Qeyd edək ki, Almaniya hökuməti enerji qiymətlərinin azaldılması istiqamətində də tədbirlər planlaşdırır. Elektrik və qaz tariflərinin endirilməsi, eləcə də sənaye üçün xüsusi enerji qiymətlərinin tətbiqi gündəmdədir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

