Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ankarada Türkiyə və Ukrayna prezidentlərinin görüşü keçirilib

Ankarada Türkiyə və Ukrayna prezidentlərinin görüşü keçirilib

15.05.2025 [15:06]

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı, mayın 15-də Ankarada ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, yüksəksəviyyəli danışıqlar Prezident Kompleksində mətbuat üçün qapalı rejimdə keçirilib.

İstanbulda Dolmabahçe sarayında keçirilən Rusiya-Ukrayna danışıqlarının bərpası fonunda Volodimir Zelenski Türkiyədə işgüzar səfərdədir.

Bu gün səhər saatlarında Türkiyə Prezident Administrasiyası Ərdoğan və Zelenski arasındakı görüşü “Rusiya-Ukrayna müharibəsi kontekstində son hadisələrin hərtərəfli müzakirəsi üçün fürsət” adlandırıb.

"Türkiyə Prezidenti ukraynalı həmkarı ilə görüşdə dərhal atəşkəs və sülh danışıqlarının başlanmasının vacibliyi ilə bağlı mövqeyini vurğulayacaq”, -deyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fahreddin Altunun paylaşımında deyilir.

Paylaş:
Baxılıb: 294 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31