Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ciorcia Meloni Aİ-nin ekologiya siyasətini tənqid edib

Ciorcia Meloni Aİ-nin ekologiya siyasətini tənqid edib

18.05.2025 [16:21]

İtaliyanın Baş naziri Ciorcia Meloni bildirib ki, sərt ekoloji siyasət Avropanın iqtisadi sistemini dağıdır.

AZƏRTAC xəbər verir ki, hökumət başçısı iqtisadi və sosial sabitliyin qorunması üçün ölkələri daha ehtiyatlı ekoloji keçidə səsləyib. O, bildirib ki, Avropa İttifaqında sürətli elektrikləşmə, xüsusən də elektromobilə keçid sənaye gücünü azaldır.

“Mən hər zaman demişəm ki, səhrada yaşıllıq olmur. Hər şeydən əvvəl Avropa sənayesini səhralaşmaqdan qorumaq lazımdır” – deyə hökumət başçısı qeyd edib.

Qeyd edək ki, Meloni dəfələrlə Avropa İttifaqının ekoloji siyasətini sərt tənqid edib, bunun bir çox vacib sektoru zərbə altına qoyduğunu bildirib.

Paylaş:
Baxılıb: 507 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31