Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Los-Ancelesdə etirazçılar 23 mağazanı qarət ediblər

Los-Ancelesdə etirazçılar 23 mağazanı qarət ediblər

11.06.2025 [14:09]

Los-Ancelesdə ABŞ Prezidenti Donald Trampın immiqrasiya siyasətinə qarşı etirazlar davam edir.

AZƏRTAC xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, aksiya iştirakçıları şəhərdə 23 pərakəndə satış müəssisəsini qarət edib və yerli biznesə milyonlarla dollar ziyan vurublar.

Los-Anceles meri Karen Bass “Fox News” telekanalı tərəfindən yayımlanan mətbuat konfransında etirazçıların gecə saatlarında 23 mağazanı talan etdiklərini və şəxsi əmlaka ciddi ziyan vurduqlarını deyib. O, həmçinin şəhərin mərkəzindəki bir çox binanın hücuma məruz qaldığını, həmçinin vandalların divarları, yolları və abidələri boyalarla rənglədiyini bildirib.

Los-Anceles Mərkəzi Şəhər Assosiasiyasının baş direktoru Nella Makoskerin sözlərinə görə, müəssisələrə dəyən zərərin milyonlarla dollar olduğu təxmin edilir.

Paylaş:
Baxılıb: 129 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30