Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “Volkswagen” 16 min 500 avtomobili ön hava yastığındakı qüsura görə geri çağırır

“Volkswagen” 16 min 500 avtomobili ön hava yastığındakı qüsura görə geri çağırır

29.06.2025 [10:25]

“Volkswagen” şirkəti 16 min 500 avtomobili hava yastığındakı təhlükəli qüsura görə geri çağırır.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, qüsur daimi keyfiyyət yoxlamaları zamanı bir təchizatçının məlumatı əsasında aşkarlanıb və geri çağırılma profilaktik tədbir kimi həyata keçirilir. Hava yastığının qaz generatorundakı nasazlıq “Polo”, “Passat”, “Taigo”, “ID.7”, “ID.7 Tourer” və “ID.Buzz” modellərində aşkarlanıb. Şirkətin məlumatında qəzalar zamanı bu hissənin partlaması və tərkibindəki komponentlərin qoparaq sərnişinlərə ağır və ya ölümcül xəsarətlər yetirməsinin mümkünlüyü qeyd olunub.

Bu modellərin sahibləri şirkət tərəfindən məlumatlandırıldıqdan sonra rəsmi dilerlərlə əlaqə saxlayaraq avtomobillərini texniki baxışa aparmalıdırlar. Təmir prosesi zamanı ön hava yastığı deaktiv ediləcəyi bildirilib və ön sərnişin oturacağından istifadə edilməməsi tövsiyə olunub.

Paylaş:
Baxılıb: 376 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Kreditlə istirahət

21 İyul 11:55

Ədəbiyyat

Mədəniyyət

Yeni proqram...

21 İyul 10:59

Analitik

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31