Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ Maduro və həyat yoldaşını narkoterrorizmdə ittiham edib

ABŞ Maduro və həyat yoldaşını narkoterrorizmdə ittiham edib

03.01.2026 [21:14]

ABŞ-ın baş prokuroru Pam Bondi Venesuela Prezidenti Nikolas Maduronun ağır cinayətlərdə ittiham olunduğunu açıqlayıb. Onun sözlərinə görə, Maduro narkoterrorizm, ABŞ-a kokain idxalı, eləcə də silah və dağıdıcı qurğuların saxlanmasında və bu silahların ABŞ-a qarşı istifadəsində ittiham olunur.

AZƏRTAC xəbər verir ki, Pam Bondi xüsusi əməliyyat nəticəsində saxlanılan Nikolas Maduronun və onun həyat yoldaşı Siliya Floresin Nyu-Yorkun Cənub Dairə Məhkəməsində ifadə verəcəklərini bildirib. Baş prokuror qeyd edib ki, hər iki şəxs artıq rəsmi olaraq ittiham edilir.

Açıqlamada vurğulanıb ki, iş ABŞ hüquq-mühafizə orqanları tərəfindən aparılan genişmiqyaslı istintaqın nəticəsidir və məhkəmə prosesi Nyu-Yorkda keçiriləcək.

Paylaş:
Baxılıb: 365 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30