Aralıq dənizində gəmi qəzaları: yüzlərlə miqrant itkin düşüb və ya həlak olub
27.01.2026 [14:25]
Beynəlxalq Miqrasiya Təşkilatı (BMT) Aralıq dənizində baş vermiş bir neçə ölümcül gəmi qəzası barədə məlumatlardan dərin narahatlığını ifadə edib. İlkin məlumatlara görə, yüzlərlə insan dənizdə itib və ya həlak olub. Əlverişsiz hava şəraiti axtarış-xilasetmə əməliyyatlarını çətinləşdirib. Təşkilat daxil olan məlumatları dəqiqləşdirir.
AZƏRTAC xəbər verir ki, BMT-nin açıqlamasında bu cür faciələrin miqrantların qanunsuz daşınması və alveri ilə məşğul olan şəbəkələrin fəaliyyətinin nəticəsi olduğu bildirilir. Cinayətkar qruplar cəzasız şəkildə fəaliyyətini davam etdirərək insanları üzməyə yararsız və həddən artıq yüklənmiş qayıqlarla dənizə çıxarırlar. Təşkilat beynəlxalq ictimaiyyəti bu cinayət şəbəkələrinin ləğvi və yeni itkilərin qarşısının alınması üçün səyləri gücləndirməyə çağırır.
Soyuqdan ölüm
Axtarış-xilasetmə əməliyyatı nəticəsində İtaliyanın Lampeduza adası sahillərində Tunisdən yola çıxmış qayıqda üç nəfərin həlak olduğu təsdiqlənib. Ölənlər arasında, sağ qalan ananın sözlərinə görə, sahilə çıxmağa az qalmış soyuqdan dünyasını dəyişən təxminən bir yaşlı əkiz qızlar da var. Sahilə çatdıqdan qısa müddət sonra bir kişi də soyuqdan ölüb.
Xilas edilənlər bildiriblər ki, eyni limandan və eyni vaxtda daha bir qayıq yola çıxıb, lakin təyinat nöqtəsinə çatmayıb.
Beynəlxalq Miqrasiya Təşkilatı sərnişinlərin taleyinin aydınlaşdırılması istiqamətində işi davam etdirir. Maltadan daxil olan son məlumata əsasən, ticarət gəmisi tərəfindən xilas edilmiş sağ qalanlardan biri 50 nəfərin itkin düşdüyü və ya həlak olduğu gəmi qəzasından sağ çıxdığını bildirib.
İtkin düşənlərin axtarışı
İtaliyanın sahil mühafizəsi dənizdə itkin düşmüş və ya qəzaya uğradığı ehtimal edilən digər qayıqların tapılması üçün axtarış əməliyyatlarını koordinasiya edir. Liviya sahillərində baş verən gəmi qəzası nəticəsində azı 51 nəfər həlak olub. Hadisə ilə bağlı rəsmi təsdiq hələ gözlənilsə də, ehtimal olunan itkilərin miqyası Mərkəzi Aralıq dənizində növbəti böyük faciədən xəbər verir.
Son gəmi qəzaları Aralıq dənizində son dərəcə güclü “Harri” siklonu zamanı baş verib. Üzməyə yararsız və həddən artıq yüklənmiş qayıqlarla miqrantların daşınması cinayətdir. İnsanlar faktiki olaraq ölüm riski olan şəraitdə bilərəkdən açıq dənizə çıxarılıb.
Mərkəzi Aralıq dənizi marşrutu dünyada ən ölümcül miqrasiya dəhlizi olaraq qalır. Təkcə 2025-ci ildə bu marşrut üzrə azı 1340 nəfər həlak olub.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40

