Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Paris və Əlcəzair arasında diplomatik dialoq yenidən bərpa edilir

Paris və Əlcəzair arasında diplomatik dialoq yenidən bərpa edilir

17.03.2026 [20:59]

Yaxın Şərq müharibəsi ilə bağlı regional vəziyyətin gərginləşdiyi bir dövrdə Fransa və Əlcəzair arasında diplomatik dialoq yenidən bərpa edilib.

AZƏRTAC xəbər verir ki, Fransa xarici işlər naziri Jan-Noel Baro əlcəzairli həmkarı Ahmed Attaf ilə görüşərək, iki ölkə arasındakı əməkdaşlığın bərpasını müzakirə edib.

Fransa Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə nazirlər ikili əməkdaşlığın, xüsusilə təhlükəsizlik və miqrasiya sahələrində bərpası məsələlərini müzakirə edib.

Görüşdə siyasi dialoqun davam etdirilməsinə dair razılıq əldə olunub.

Fransa və Əlcəzair arasında münasibətlər 2024-cü ilin yayından bəri kəskinləşib. Nazirlərin son görüşü iki ölkə arasında diplomatik əlaqələrin bərpası və qarşılıqlı maraqlara əsaslanan daha sabit bir əməkdaşlığın qurulması üçün ümidverici addım kimi qiymətləndirilir.

Paylaş:
Baxılıb: 268 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30