Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Kosta-Rika Kubadakı səfirliyini bağlamaq qərarına gəlib

Kosta-Rika Kubadakı səfirliyini bağlamaq qərarına gəlib

19.03.2026 [17:45]

Kosta-Rika Kubadakı səfirliyini bağlamaq qərarına gəlib və Havananı diplomatik münasibətlərin səviyyəsini aşağı salmağa çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “EFE” agentliyi məlumat yayıb.“Kosta-Rikanın Kubadakı səfirliyini bağlamaq qərarına gəldik və Kuba hakimiyyətini oxşar tədbirlər görməyə - akkreditə olunmuş diplomatik heyəti geri çağırmağa və ölkəmizdə yalnız konsulluq missiyasını saxlamağa çağırırıq”, - deyə Kosta-Rikanın xarici işlər naziri Arnoldo Tinoko bildirib.

Vəziyyəti şərh edən Kosta-Rika Prezidenti Rodriqo Çaves Kuba vətəndaşları üçün yaratdığı yaşayış şəraitinə görə Havanada mövcud hakimiyyətinin legitimliyini tanımadıqlarını vurğulayıb.

Kuba Xarici İşlər Nazirliyi isə öz növbəsində Kosta-Rikanın ABŞ-nin təzyiqi altında Havana ilə münasibətləri məhdudlaşdırdığını qeyd edib.

Paylaş:
Baxılıb: 633 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30