Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Mark Rutte NATO üçün 12 yanacaqdolduran təyyarə alındığını açıqlayıb

Mark Rutte NATO üçün 12 yanacaqdolduran təyyarə alındığını açıqlayıb

07.07.2026 [15:10]

Yeni yanacaqdolduran təyyarələr donanması NATO-nun hava gücünü artıracaq.

AZƏRTAC xəbər verir ki, NATO-nun Baş katibi Mark Rutte bu açıqlamanı Ankarada keçirilən NATO-nun dövlət və hökumət başçılarının 36-cı sammiti çərçivəsində təşkil edilən Müdafiə Sənayesi Forumunda çıxışı zamanı verib.

Baş katib xatırladıb ki, Alyansın bir il əvvəl Haaqada keçirilən sammitində müttəfiq ölkələrin müdafiə sənayesinə investisiyaları artırması barədə qərar qəbul edilib. “NATO-nun üzv dövlətləri 2035-ci ilə qədər ÜDM-in 5 faizini müdafiəyə ayırmaq məqsədinə doğru əhəmiyyətli irəliləyişlər əldə ediblər. Atlantik okeanının hər iki tərəfindəki Alyans ölkələri artıq milyardlarla dollar dəyərində böyük layihələr həyata keçirir”, -deyə Rutte bildirib.

Baş katib vurğulayıb ki, hərbi-sənaye kompleksinə investisiyalar təkcə təhlükəsizliyi gücləndirməyəcək, həm də iqtisadiyyatı inkişaf etdirəcək və on minlərlə yeni iş yeri yaradacaq. O əlavə edib: “Bu gün bəzi layihələrin birgə və ya bir neçə ölkə arasında sıx əməkdaşlıq çərçivəsində hazırlanması sevindirici haldır”.

NATO rəhbərinin sözlərinə görə, Ankara sammitində verilən ilk vacib açıqlama Alyansın müdafiə qabiliyyətini və çəkindirmə imkanlarını artıracaq hava-hava yanacaqdoldurma sistemlərinin təkmilləşdirilməsi layihəsi olub.

Bu kontekstdə müttəfiq ölkələrin “Airbus” şirkətindən 12 ədəd A400 tanker təyyarəsi alması gözlənilir.

“Bu layihə NATO-Aİ müdafiə əməkdaşlığını genişləndirəcək. Yeni təyyarə geniş dəniz ərazilərinin fasiləsiz, gecə-gündüz müşahidəsini təmin edəcək”, - deyə o bildirib.

“Airbus MRTT” (çoxfunksiyalı yanacaqdoldurma nəqliyyatı) təşəbbüsündə iştirak edən on ölkə - Belçika, Çexiya, Danimarka, Finlandiya, Almaniya, Lüksemburq, Niderland, Norveç, İsveç və İspaniya layihəyə qoşulub.

Paylaş:
Baxılıb: 71 dəfə

Xəbər lenti

Hamısına bax

COP29

Analitik

Diqqət ANKARAYA!!

07 İyul 10:40  

YAP xəbərləri

Ədəbiyyat

Maraqlı

Maraqlı

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31