Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Belçika hökuməti Fələstinin tanınması prosesinə başlayır

Belçika hökuməti Fələstinin tanınması prosesinə başlayır

07.07.2026 [19:50]

Belçika hökuməti HƏMAS-ın Qəzza zolağında idarəetmə strukturunu ləğv etdiyini açıqlamasından sonra Fələstin dövlətinin rəsmi tanınması istiqamətində hazırlıq mərhələsinə başlayır.

AZƏRTAC xəbərinə görə, Belçikanın xarici işlər naziri Maksim Prevo Xarici İşlər Nazirliyinə tanınma prosedurunun hazırlanması barədə göstəriş verib.

Bildirilir ki, HƏMAS-ın idarəetmədən çəkilməsi Brüsselin əvvəllər irəli sürdüyü əsas şərtlərdən birinin yerinə yetirilməsi kimi qiymətləndirilir. Hərəkat Qəzzaya rəhbərlik edən fövqəladə hökumət komitəsinin buraxıldığını və səlahiyyətlərin texnokratlardan ibarət yeni quruma ötürüləcəyini bəyan edib. Belçika hökuməti hesab edir ki, bu addım iki dövlətli həll perspektivinə dəstəyin gücləndirilməsi üçün yeni imkan yaradır. Bununla yanaşı, yekun qərar diplomatik və hüquqi prosedurlar tamamlandıqdan sonra veriləcək.

Paylaş:
Baxılıb: 27 dəfə

Xəbər lenti

Hamısına bax

COP29

Analitik

Diqqət ANKARAYA!!

07 İyul 10:40  

YAP xəbərləri

Ədəbiyyat

Maraqlı

Maraqlı

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31