AZAL Türkiyənin Qars şəhərinə birbaşa uçuşlara başlayır
07.07.2026 [17:35]
"AZCON Holding" şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) Türkiyənin Qars şəhərinə birbaşa uçuşlara başlayır.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, Qars aviaşirkətin Türkiyə üzrə marşrut şəbəkəsində 9-cu istiqamət olacaq. Bununla da, Türkiyə AZAL-ın ən çox istiqamətlə təmsil olunduğu ölkəyə çevrilir. Yeni marşrut Azərbaycan ilə Türkiyə arasında artan sərnişin tələbatının qarşılanmasına, eyni zamanda, iki ölkə arasında hava əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək.
Məlumata görə, Bakı-Qars-Bakı marşrutu üzrə ilk reys iyulun 30-da həyata keçiriləcək. Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Yeni istiqamət üzrə biletlərin satışı artıq başlanıb.
Qeyd olunub ki, Türkiyənin tarixi və turizm baxımından əhəmiyyətli şəhərlərindən olan Qars zəngin tarixi irsi, memarlıq abidələri və özünəməxsus mədəniyyəti ilə seçilir. Şəhər UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Ani şəhəri, tarixi Qars qalası və qış turizminin məşhur məkanlarından olan Sarıqamış xizək kurortu ilə tanınır. Bundan əlavə, bölgə zəngin mətbəxi və təbii gözəllikləri ilə də turistlərin diqqətini cəlb edir.
Yeni marşrut Türkiyənin şərq bölgələrində yaşayan, eləcə də Azərbaycandan səfər edən sərnişinlər üçün birbaşa və rahat səyahət imkanı yaradacaq. Reyslərin turizm, ailə ziyarətləri və işgüzar səfərlər baxımından da əlavə imkanlar açacağı bildirilir.
Biletləri AZAL-ın rəsmi internet səhifəsi, mobil tətbiqi və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.
Xəbər lenti
Hamısına baxElm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23

