Obamanın siyasətçi siması: görünməyən tərəflər
17.01.2015 [11:02]
Mütəxəssislər hazırda dünyanın ümumi geosiyasi mənzərəsinin mürəkkəb olduğunu vurğulayırlar. Doğrudan da, son vaxtlar həmin istiqamətdə narahatlığı artıran proseslər gedir. Əslində, uzun müddətdir ki, Amerika qeyri-ardıcıl və ikili standartlarla xarakterizə olunan siyasət yeritməklə müxtəlif regionlarda vəziyyəti mürəkkəbləşdirməkdədir. Bir sıra ekspertlər bunu haqlı olaraq ikiüzlülük adlandırırlar. B.Obamanın ABŞ rəhbərliyinə gəlişi ilə bu tendensiya xüsusilə güclənib. Reallığa obyektiv yanaşmaq əvəzinə o, öz maraqlarına uyğun olaraq süni meyarlarla hərəkət edir. Prezident seçilməzdən öncə verdiyi vədlərə əməl etmir, tamamilə fərqli addımlar atır. O cümlədən İslam aləminə qarşı görülən işlər çox düşündürücüdür.
Sözdə və əməldəki fərqlər
Amerika özünü dünyanın ən qüdrətli dövləti hesab edir. Uzun illərdir ki, beynəlxalq arenada bu ölkənin sözü keçir. XXI əsrin başlaması ilə qlobal miqyasda meydana çoxlu sayda yeni geosiyasi faktorlar çıxdı. Bunun fonunda ABŞ kimi böyük dövlətin xarici siyasətində hansı proseslərin getməsi maraq doğururdu. Təhlillər göstərir ki, Vaşinqton nəinki üzərinə düşən məsuliyyəti dərk etmir, hətta bir çox hallarda müxtəlif regionlarda vəziyyəti ağırlaşdıran addımlar da atır. Bu fikri sübut edən xeyli faktlar gətirmək olar.
Xüsusilə Barak Obamanın prezidentliyi dövründə Amerikanın qeyri-müəyyənliklə xarakterizə olunan siyasət reallaşdırdığı müşahidə olunur. O, dövlət başçısı seçilməmişdən əvvəl çoxlu vədlər verir, xüsusən də İslam dünyası ilə münasibətlərdə keyfiyyət dəyişiklikləri edəcəyini, İraq və Əfqanıstanda müharibəni dayandıracağını, buradan amerikan əsgərlərini çıxaracağını və onların bir daha hansısa regionda birbaşa hərbi əməliyyatlarda iştirak etməyəcəklərini deyirdi.
Amerika prezidenti Quantanamo həbs düşərgəsi ilə əlaqədar da ümidlər verirdi. O, dəhşətli işgəncələr məkanı kimi tanınmış həmin yeri bağlayacağını bəyan edirdi. İnsanlar bu qaradərili siyasətçiyə inanırdılar. Hətta ona Amerika dövlətçiliyində yeni mərhələnin əsasını qoya biləcək adam kimi baxırdılar.
Demokratların liderinin başqa bir vədi İranın nüvə proqramı ilə bağlı idi. B.Obama Tehranla münasibətləri yoluna qoymaq üçün çalışacağını dəfələrlə vurğulamışdı. Bu məsələ bütövlükdə Qərb üçün çox ciddi əhəmiyyətə malik olduğundan, prezidentliyə iddiaçının söylədikləri maraq doğururdu. Ancaq o zaman bunun arxasında başqa məqamların dayandığı çoxlarının ağlına gəlmirdi.
Məsələ ondan ibarətdir ki, Vaşinqton ənənəvi olaraq nüvə məsələsində ikili yanaşmalarla hərəkət edib. İsrail, Hindistan kimi ölkələrin kütləvi qırğın silahına malik olmasının qarşısı alınmayıb. Hindistanla nüvə enerjisindən dinc məqsədlə istifadə etmək barədə müqavilə imzaladıqdan sonra ABŞ, Delhinin atom bombası yaratmasına göz yumdu. Bunun səbəbi Vaşinqtonun həmin regionda güddüyü geosiyasi maraqlar idi.
Çünki Hindistanın nüvə silahı Çin və Rusiyanın müəyyən mənada ehtiyatlı davranmalı olduqlarına işarə edirdi. Sonra Pakistanın da eyni silaha sahib olması Hindistanın qarşısını kəsdi. Bununla da mürəkkəb siyasi gedişlə bir regionda atom silahına malik olan dövlətlər, obrazlı deyilsə, bir-birlərini dayandırmaq məcburiyyətində qaldılar. Həmin oyundan qazanan isə yenə Amerika oldu.
Reallıqda bu kimi hiyləgər addımlarda əsl məqsədlər gizli qalmır. Dünya anladı ki, burada ABŞ-ın ikiüzlü mövqeyi vardır. Ortaya çıxan digər faktlar da bunu təsdiq edirdi. Xüsusilə müsəlman dövlətlərə qarşı Vaşinqtonun həyata keçirdiyi siyasətdən bunu aydın hiss etmək olurdu. Misirin sabiq prezidenti H.Mübarək 30 il Amerikaya sədaqətlə qulluq etdi. Okeanın o tayından verilən hər bir əmri yerinə yetirdi. Ancaq Vaşinqton bu siyasətçini çox qısa müddətdə siyasi səhnədən sildi. Onun yerinə seçilən M.Mursi də eyni taleni yaşadı. Hər iki siyasətçinin sonu acınacaqlı oldu. Faktiki olaraq qanuni seçilmiş Mursini devirən general Sisinin isə qarşısı alınmadı. Niyə onu Amerika qiyamçı adlandırmadı? Üstəlik, bir gündə Qahirə məhkəməsi yüzlərlə Mursi tərəfdarına edam hökmü çıxardı. Lakin Qərbin insan haqlarını qoruyan təşkilatlarının heç birindən səs çıxmadı.
Müdaxilə: müstəqil siyasətə qarşı ikiüzlü mövqe
Yeri gəlmişkən, davamlı şəkildə Azərbaycanın daxili işlərinə müdaxilə edən D.Kramer o vaxtlar “Freedom House” təşkilatına başçılıq edirdi. Lakin onun da həmin hadisəyə reaksiyası olmadı. Görünür, o zamanlar cənab D.Kramer, ümumən, insan haqlarının nə demək olduğunu bilmirdi.
Əslində, Vaşinqtonun ikiüzlü siyasəti Amerikada heç də hamı tərəfindən sükutla qarşılanmır. Məsələn, B.Menninq və C.Snoudenin dünyaya ABŞ-ın siyasəti ilə bağlı yaydıqları informasiyalar çox şeyi aydınlaşdırdı. Amerikalılar, hətta ən yaxın müttəfiqləri hesab etdikləri ölkələrin başçılarını belə dinləyirlərmiş. Onların dünyanın hər tərəfində atdıqları addımlar sözdə dediklərinin tam əksi imiş. Bu məsələlər sözsüz ki, Vaşinqtonun imicinə ciddi zərbə vurdu. Vəziyyətin tədricən dəyişəcəyini güman etmək olardı. Ancaq Ukrayna hadisələri bunun tam əksinin baş verdiyini göstərdi.
İndi heç kəsə sirr deyil ki, Kiyevdə Maydan hərəkatını Amerika süni surətdə yaradıb. Bunun üçün o, külli miqdarda vəsait xərcləyib. İnsanlar müxtəlif bəhanələrlə küçələrə üsyana çağırılıb. Qəribədir ki, bu prosesin qarşısını almaq mümkün olmayıb. Hadisələrin kəskinləşdiyi anda ABŞ dövlət katibinin köməkçisi V.Nuland Avropa İttifaqı haqqında təhqiramiz ifadə işlətmişdi. Bununla Amerika təsdiq edirdi ki, vəziyyət ağırlaşanda və ya planları baş tutmayanda ən yaxın tərəfdaşını belə zərbə altında qoya bilər. Onu da vurğulayaq ki, Maydanda insanlara yemək paylayanlar arasında xanım V.Nuland da vardı.
İndi Ukraynada geosiyasi vəziyyət qeyri-müəyyəndir. Ölkədə sosial-iqtisadi durum getdikcə daha da ağırlaşır. Bu prosesin isə sonu görünmür. Vaşinqton bundan bir nəticə çıxarıbmı? Göründüyü kimi, yox! Əksinə, Amerika digər postsovet məkanı ölkələrinin daxili işlərinə qarışmağa cəhd göstərir. Bu, baş tutmadıqda isə həmin ölkələrin rəhbərlərinə qarşı piar kampaniyaları təşkil edilir. Görünür, ikiüzlülük o qədər Vaşinqtonun siyasətində yer alıb ki, burada bu mərəzdən qurtula bilmirlər.
Azərbaycan xarici siyasətində tam müstəqil mövqe nümayiş etdirir. O, bütün dövlətlərlə münasibətlərini bərabərhüquqlu tərəfdaş kimi qurur. Gözləmək olardı ki, Amerika bunu yüksək qiymətləndirib Azərbaycana münasibətdə ardıcıl siyasət yeridəcək. Ancaq bu da özünü doğrultmadı. Ölkə Prezidenti İlham Əliyev Azərbaycanın milli maraqlarına cavab verməyən heç bir addım atmadı. Bəlkə də, bundan cənab B.Obama əndişələnib. Onun əvəzində Azərbaycana qarşı müəyyən addımlar atmağa cəhdlər də edə bilər.
Lakin rəsmi Vaşinqton dəfələrlə bəyan edib ki, Azərbaycan Cənubi Qafqazda ABŞ-ın strateji tərəfdaşıdır və böyük enerji layihələri ilə Bakının atdığı addımları, onun hətta Avropanın enerji təhlükəsizliyinin təminində belə rolunu yüksək qiymətləndirirlər. Terrorla mübarizə məsələsində də Bakı həmişə beynəlxalq birliyin yanında olub. Burada da ziddiyyət özünü göstərir.
İqtisadi əməkdaşlıqda, təhlükəsizlik məsələlərində, terrorla mübarizədə yaxın tərəfdaş hesab etdiyi Azərbaycana qarşı digər məsələlərdə qərəzli davranmağın adı nədir? Burada iki situasiyadan birində Vaşinqton səmimi deyil - ya yuxarıda sadalanan məsələlərdə özünün gizli məqsədləri var, ya da insan haqlarını bəhanə edib, ümumiyyətlə, Azərbaycana qarşı ikili standartlar siyasətini davam etdirmək niyyəti güdür. Bu variantlardan heç biri məqbul deyil. Heç bir qüvvə Azərbaycanı müstəqil siyasətdən döndərə bilməyəcək.
Hazırda Vaşinqtonun xarici siyasətdə hansısa köklü dəyişikliklər etmək istəyi hiss olunmur. Belə çıxır ki, bundan sonra da ondan həmin riyakarlığı gözləmək olar. İndi Çinlə başladığı böyük geosiyasi oyundan da başqa bir nəticə gözləməyə dəymir. Görünür, Amerika ümumən dünyada geosiyasi vəziyyəti ağırlaşdırmaq yolundan çəkinməyəcək. Böyük dövlətlərin Asiya, Afrika, Uzaq Şərq və başqa regionlar uğrunda mübarizəni şiddətləndirdikləri bir şəraitdə meydana yen-yeni münaqişələr çıxa bilər. İkili yanaşmalar siyasətinin kimlərəsə səmərə verdiyini düşünmürük. Əksinə, bütövlükdə dünya daha mürəkkəb vəziyyətə düşə bilər. Məhz bu məqamda əsl günahkar ikiüzlü mövqe tutanlar olacaqlar. Onların sırasında guya sülhə xidmət etdiyinə görə Nobel mükafatı alanlar olsa belə. Əslində, sözü ilə əməli düz gəlməyən B.Obama kimi siyasətçilərə başqa “mükafatlar” verilməlidir.
Newtimes.az
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

