"Böyük iyirmilik" bəzi ölkələrə sanksiyalar tətbiq edəcək
09.09.2009 [09:23]
Bu günlərdə “Böyük iyirmilik” ölkələrinin maliyyə nazirlərinin və Mərkəzi Bank sədrlərinin Londonda növbəti zirvə toplantısı keçirilib. İki gün çəkən görüş sentyabrın 24-25-də ABŞ-ın Pitsburq şəhərində gerçəkləşəcək “G-20” ölkələrinin Prezidentlərinin zirvə toplantısına hazırlıq xarakteri daşıyıb. Toplantıda əsas müzakirə mövzusu qlobal maliyyə böhranının aradan qaldırılması yolları olub. “Böyük iyirmiliy”in maliyyə nazirləri və Mərkəzi Banklarının sədrləri dünya maliyyə sisteminin bərpası ilə bağlı bir sıra məsələlərdə razılığa gələ biliblər. Müzakirə edilən məsələlər sırasında bankların maliyyə kreditlərindən asılılığının azaldılması, bank ehtiyatlarını təşkil edən aktivlərin həcminin və keyfiyyətinin artırılması tədbirləri də yer alıb. Bununla yanaşı, dünya bank sistemində əldə olunan gəlirlərə nəzarət edilməsi barədə də razılığa gəlinib. “G-20”-nin maliyyə nazirləri tərəfindən yekdilliklə qəbul olunub ki, dünya bank sistemində ödəmə və bonuslar sahəsində şəffaflıq artırılmalı, hər bir maliyyə institutunun rəhbərliyi nəzarətçi orqanlara ətraflı və dəqiq məlumat verməlidir. Nəticədə, bank əməkdaşlarının bütün sahələr üzrə gəlirlərini ciddi və daimi nəzarət altında saxlayacaq yeni beynəlxalq tənzimləmə sistemi yaradılacaq.
Bununla yanaşı, iyirmilik ölkələrinin əvvəlki toplantılarında olduğu kimi, bu görüşdə də bəzi fikir ayrılıqları özünü göstərib. Bu, xüsusən Almaniya və Fransa ilə ABŞ, Böyük Britaniya və Kanada arasında iqtisadiyyatda dövlət tənzimləməsinin davam etdirilməsi ilə bağlı məsələdə meydana çıxıb. Belə ki, son aylarda Almaniya və Fransanın iqtisadiyyatında dirçəlmə meyilləri, üDM-də az da olsa artım görünməyə başlayıb. Təkcə Almaniyada bu ilin ilk yarısında sənaye müəssisələrinə edilən sifarişlərin həcmi 3,5 faiz artıb, baxmayaraq ki, ekspertlər cəmi 2 faizlik artım gözləyirdilər. Bu səbəbdən Almaniya və Fransa toplantıda iqtisadiyyata edilən dövlət müdaxiləsinin, həyata keçirilən stimullaşdırıcı proqramların dayandırılmasının tərəfdarı kimi çıxış ediblər. Sözügedən ölkələr bunu onunla əsaslandırıblar ki, dövlət tənzimləməsinin bundan sonra davam etdirilməsi böhrandan sonrakı mərhələyə keçid zamanı ciddi çətinliklər yarada bilər. Ev sahibi qismində çıxış edən Böyük Britaniyanın baş naziri Qordon Braun bu mövqenin əleyhinə çıxış edərək qeyd edib: “1930-cu illərdə edilən xətaları təkrarlasaq və maliyyə canlandırma paketini geri çəksək, durğunluqdan sonra müşahidə edilən irəliləyişi təhlükəyə atmış olarıq. Xüsusilə, ictimai xərcləri və vergi güzəştlərini nəzərdə tutan paketlərin həyata keçirilməsini bundan sonra da davam etdirmək lazımdır. Davamlı inkişaf üçün qlobal əməkdaşlıq etməliyik”. ABŞ, Kanada və Böyük Britaniya ilə yanaşı, Braziliya, Hindistan, Rusiya və çin də anti-böhran tədbirlərinin dayandırılmasının əleyhinə çıxış ediblər. Son nəticədə qərara alınıb ki, iqtisadiyyatda dövlət tənzimləməsi davam etdirilsin. Qəbul edilən sənəddə stabil vəziyyət yarananadək dünya iqtisadiyyatına maliyyə dəstəyi və monetar-fiskal tədbirlərin genişləndirilməsinin davam etdiriləcəyi öz əksini tapıb. Beynəlxalq Valyuta Fondunun rəhbəri Dominik Strosskan da böhrana üstün gəlmək barədə sevinməyin hələ tez olduğunu qeyd edib. O bildirib ki, dünya iqtisadiyyatında canlanma əlamətlərinə baxmayaraq işsizlik önümüzdəki ildə ən yüksək həddə çatacaq. Bu isə böhranın ən ağrılı sosial nəticələrindəndir.
Müşahidə olunan digər fikir ayrılığı banklara bonus ödəmələrin həcminə məhdudiyyət qoyulması barədə Fransa ilə Almaniyanın tələbinə Böyük Britaniya, ABŞ və Kanadanın qarşı çıxması olub. Əldə olunan ilkin razılaşmaya görə, bonuslara limit qoyulmayacaq, lakin məsələnin “Böyük iyirmiliy”in prezidentlərinin Pitsburqdakı görüşündə müzakirə ediləcəyi gözlənilir.
Xatırladaq ki, hələ bu ilin aprelində qlobal böhranın ən yüksək nöqtədə olduğu bir vaxtda Londonda “G-20”-nin daha bir zirvə toplantısı keçirilmişdir. Həmin görüşdə qlobal maliyyə böhranı ilə mübarizə üçün 1,1 milyard dollarlıq paket üzərində razılığa gəlinmişdi. Qlobal ticarətin canlandırılması üçün 250 milyard dollar, beynəlxalq inkişaf üçünsə 100 milyard dollarlıq ehtiyat təşkil olunması razılaşdırılmışdı. Həmçinin, Beynəlxalq Valyuta Fondunun ehtiyatları üçqat artırılaraq 750 milyard dollara yüksəldilməli idi. BVF-nin rəhbəri D.Strosskan iyirmilik ölkələrinin artıq buna nail olduğunu bildirib.
“Böyük iyirmilik” ölkələrini narahat edən başqa bir məsələ vergidən yayınma halları ilə bağlıdır. Belə hallara qarşı mübarizəni daha da gücləndirmək məqsədilə qərara alınıb ki, 2010-cu ilin mart ayından etibarən vergidən yayınan sərmayəçilərə himayədarlıq edən ölkələrə qarşı sanksiyalar tətbiq olunacaq. Bu müddətə qədər isə beynəlxalq qanunları pozanların könüllü olaraq bu işdən əl çəkməsi üçün vaxt verilir.
Bundan əlavə, “G-20” ölkələrinin maliyyə nazirləri BVF-də və Dünya Bankında inkişaf etməkdə olan ölkələrə daha çox səlahiyyətlərin verilməsi barədə də razılığa gəliblər. Bu, əslində, dünyanın taleyinə bir neçə iri dövlətin qərar verməsinin əleyhinə çıxanlar üçün müsbət bir addım hesab oluna bilər.
Beləliklə, iyirmilik ölkələrinin maliyyə nazirləri və Mərkəzi Bank rəhbərlərinin görüşünü bir sıra məsələlərin həlli yönündə səmərəli irəliləyiş adlandırmaq mümkündür. Lakin ayın sonlarında Prezidentlər səviyyəsində keçiriləcək sammit üçün də müzakirəyə ehtiyacı olan kifayət qədər məsələ qalmaqdadır. Hər şey bu ölkələrin iqtisadi və siyasi mövqelərinin nə dərəcədə üst-üstə düşəcəyindən asılı olacaqdır.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52

