Paşinyanın ABŞ-a səfəri ölkəsində ironiya ilə qarşılanıb
26.09.2019 [09:42]
İqtidar daxilində xaos hökm sürdüyü bir vaxtda Los-Ancelesdə ziddiyyətli bəyanatlar verən Ermənistanın baş naziri bir daha küçə siyasətçisi olduğunu sübut edib
Ermənistanda son günlər baş verən proseslər baş nazir Nikol Paşinyanın hakimiyyətinin ən gərgin dövrünü yaşadığını göstərir. Hüquq-mühafizə orqanlarının rəhbərlərinin - təhlükəsizlik xidmətinin rəisi Artur Vanetsyanın və polis xidmətinin rəisi Valeri Osipyanın vəzifədən getməsi, istefalar dalğasının davam etməsi, üstəlik istefadan sonrakı proseslərdə cavabsız sualların ortaya çıxması işğalçı dövlətdə hakimiyyətdaxili böhranın baş verdiyini sübut edir.
Son hadisələrin N.Paşinyanın ABŞ-a səfəri ərəfəsinə təsadüf etməsi vəziyyətdən çıxış üçün onun oradan hansı dividendlərlə qayıdacağından asılı olacağını şərtləndirirdi. Hərçənd ki, Paşinyan kimi küçə siyasətçisinin beynəlxalq münasibətlərdə hansısa uğur əldə edəcək qədər qabiliyyətə sahib olmadığı təkcə işğalçı dövlətin əhalisinə deyil, bütün dünyaya məlumdur. Belə ki, N.Paşinyan faktiki olaraq Ermənistanın rəhbəri olsa da, hər addımda dünyada gedən siyasi proseslərdən xəbərsizliyini sübut edir. Məsələn, bu günlərdə diplomatik missiyasını başa vurmuş Böyük Britaniyanın səfiri ilə görüşündə Ermənistanla Avropa İttifaqının (Aİ) münasibətlərindən geniş bəhs etməsi onun xarici siyasət sahəsində nə qədər naşı olmasından xəbər verir. Belə ki, artıq bütün dünya bu ilin 31 oktyabrında Böyük Britaniyanın Avropa İttifaqından rəsmən çıxacağı barədə xəbərdar olsa da, Paşinyanın diplomata ölkəsi ilə Aİ arasında münasibətlərdən gen-bol danışması absurddur.
N.Paşinyanın ABŞ-a səfərinə böyük ümidlər bağlansa da, xüsusilə Los-Anceles şəhər bələdiyyəsinin binası qarşısındakı Qrand Parkda keçirilən mitinq fiasko ilə nətisələnib. Belə ki, “Hraparak” qəzeti ABŞ mətbuatına istinadən yazır ki, mitinqdə 30-35 min nəfərin iştirakı planlaşdırılsa da, cəmi 10 min nəfər qatılıb, habelə tədbirə dəvət edilən 53 konqresmen və senatordan yalnız 1 nəfər - Adam Şif N.Paşinyana dəstək üçün gəlib.
Digər tərəfdən, Los-Anceles şəhərində keçirdiyi mətbuat konfransında Ermənistanda olmadığı üçün özünü daha qorxusuz hesab edən N.Paşinyan ölkədaxili son proseslərə sərt reaksiyası ilə seçilib. Keçmiş rejimin rəhbərlərinin bir daha siyasətə qayıtmayacaqları barədə hökm çıxaran N.Paşinyan istefaya gedən A.Vanetsyanı da qınamaqdan çəkinməyib. Bununla yanaşı, erməni keşişlərini də hədəf alan N.Paşinyan daha sərt üzünü göstərəcəyini bildirib. Əlbəttə ki, səriştəsiz baş nazirə öz ölkəsindən okeanın o tayına ünvanlanan mesajlar da kifayət qədər kəskin olub.
Ermənistan hakimiyyətinə yaxın olan bəzi media orqanları onun heç bir əhəmiyyət daşımayan ABŞ-a səfərinin önəmini artırmaq məqsədilə xarici işlər naziri səviyyəsində guya N.Paşinyanın ABŞ prezidenti Trampla görüşəcəyini iddia etsələr də, son nəticədə bu səfəri onun xarici siyasətdə növbəti fiaskosu hesab etmək olar. Əvvəla, Ermənistanın xarici işlər nazirinin müavini Qriqor Hovannisyan dünən bəyan edib ki, baş nazirin D.Trampla görüşü planlaşdırılmayıb. İkincisi, ABŞ-da erməni diasporunu sosial-iqtisadi tənəzzüldə olan Ermənistana yardım etməyə, ABŞ-ın Kaliforniya ştatını isə Ermənistana sərmayə qoymağa çağırması adekvat reaksiya ilə müşayiət olunmayıb.
Digər tərəfdən, “politik.am” saytı yazır ki, N.Paşinyanın ABŞ-a səfəri ölkəyə hər hansısa yardım gətirmək əvəzinə, dövlət büdcəsindən 250 milyon dram vəsait xərclənməsinə gətirib çıxarıb. Belə ki, onun ABŞ-a səfəri 330 min dollara başa gəlib ki, bu da onsuz da kəsrlə qəbul olunan 2019-cu ilin dövlət büdcəsi üçün böyük məbləğdir.
Daxildə isə hər gün etiraz aksiyaları, intihar halları, istefalar baş alıb gedir. 2008-ci ilin mart hadisələri ilə bağlı istintaq işində şahid qismində dindirilən polis xidmətinin sabiq rəisi Ayk Harutyunyanın intiharı, Vayots Dzor vilayətinin qubernatoru Trdat Sarkisyanın istefaya gedəcəyi barədə bəyanatı, Amulsar qızıl yatağı ilə bağlı proseslərin öz həllini tapmamasına görə əhalinin narazılığı yaxın günlərdə N.Paşinyan üçün yaxşı heç nə vəd etmir.
Bununla belə, N.Paşinyan Los-Ancelesdə səsləndirdiyi optimist və bir qədər sərt çıxışları ilə Ermənistanda hakimiyyətdaxili və hakimiyyət-müxalifət ixtilafları baş verməsi, cəmiyyət daxilində ciddi fikirayrılıqları olması və getdikcə dərinləşməsi faktlarını gizlədə bilməz. Son proseslər bir daha göstərdi ki, Ermənistanda hakimiyyət monolit deyil, habelə N.Paşinyan istefaya gedən şəxsdən susmağı xahiş edəcək qədər cılız və dövlət idarəçiliyində səriştəsiz küçə siyasətçisidir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

