Ermənistanda insan hüquqları və azadlıqları kobud şəkildə pozulur
19.06.2020 [08:50]
Ekspertlər bildirirlər ki, Paşinyan hakimiyyətinin həyata keçirdiyi siyasi repressiyaların fonunda bəzi beynəlxalq təşkilatların sükutu heyrət doğurur
Məlum olduğu kimi, işğalçı Ermənistanda siyasi xaos böhran həddinə çatıb. N.Paşinyan öz hakimiyyətinin müddətini uzatmaq üçün ölkədə siyasi repressiya həyata keçirir. Bu günlərdə “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Çarukyanın deputat toxunulmazlığının parlament tərəfindən ləğv edilməsi və onun istintaqa cəlb olunması buna əyani sübutdur. Q.Çarukyanın məhz Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu göstərir.
Partiya sədrinin tərəfdarlarının etiraz aksiyalarının qarşısının ölkənin hüquq-mühafizə qüvvələri tərəfindən kobud şəkildə alınmasına və yüzlərlə adamın saxlanılmasına, hətta polisin aksiyaları işıqlandıran jurnalistlərə qarşı da güc tətbiq etməsinə Qərbin bir sıra təşkilatlarının seyrçi qalması isə haqlı suallar doğurur. Daha doğrusu, əksər ekspertlərin vurğuladıqları kimi, bəzi beynəlxalq təşkilatların Ermənistanda baş verən qanunsuzluqlara göz yummaları həmin qurumların ikili standartlardan çıxış etdiklərini bir daha sübuta yetirir.
Məsələyə münasibət bildirən Milli Məclisin üzvü Naqif Həmzəyevin sözlərinə görə, Nikol Paşinyanın özünə rəqib hesab etdiyi istənilən şəxsi “korrupsiyaya qarşı mübarizə” adı altında həbs etdirməsi və bunun fonunda Qərbin bir sıra təşkilatlarının sükutunun bəzi subyektiv səbəbləri də mövcuddur: “N.Paşinyanın amerikalı iş adamı C.Sorosun təsis etdiyi Soros Fondu tərəfindən dəstəkləndiyi hər kəsə məlumdur. Paşinyanın 2018-ci ildə təşkil etdiyi küçə yürüşü, mitinq və digər kütləvi aksiyaların arxasında, əslində, hansı qüvvələrin dayandığı aydın idi. Ermənistanda anti-sorosçuların həbsi də dediklərimizi sübut edir”.
Açıqlamasında işğalçı ölkədə baş verənlərə,törədilən qanunsuzluqlara göz yuman beynəlxalq təşkilatların mövqeyinə də toxunan N.Həmzəyevin sözlərinə görə, Qərbin ikili standartlarının ən bariz nümunəsi beynəlxalq qurumlarınErmənistanda keçirilmiş seçkilərə reaksiyalarıdır. Deputat qeyd edib ki, populist çıxışları ilə tanınan N.Paşinyanın hakimiyyətə gəldikdən sonra “demokratiya” adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyil: “Buna baxmayaraq, son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının sükutu heyrət doğurur”.
Siyasi ekspert Elçin Mirzəbəyli isə bildirib ki, parlamentdə təmsil olunan sayca ikinci ən böyük fraksiya rəhbərinin toxunulmazlığının götürülməsi və istintaqa cəlb edilməsi N.Paşinyanın öz rəqiblərinə qarşı həyata keçirdiyi repressiya siyasətinin tərkib hissəsidir: “Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılıb. Bütün bunlar isə bir daha təsdiqləyir ki, N.Paşinyanın yeganə məqsədi rəqiblərini, onunla eyni mövqeni bölüşməyən siyasətçiləri və iş adamlarını müxtəlif vasitələrlə sıradan çıxarmaqdır”.
“Ermənistanda baş verən son hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına atılıb. ABŞ Dövlət Departamenti, AŞPA, ABŞ-ın və Qərb ölkələrinin Ermənistandakı səfirlikləri isə özlərini elə aparırlar ki, sanki, heç nə baş verməyib”, - deyə E.Mirzəbəyli qeyd edib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxElanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32

