Fəxrəddin Altun: İslamofobiya ilə mübarizə Avropadan başlamalıdır
22.06.2020 [13:26]
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Siyasi, İqtisadi və Sosial Tədqiqatlar Fondunun (SETA) “2019 Avropa İslamofobiya Hesabatı”nın açıqlandığı virtual panelin açılışında çıxış edib.
Trend-in məlumatına görə, hesabatın məqsədinin kimisə günahlandırmaq olmadığını vurğulayan Altun “Cənub-Şərqi Asiyadan ABŞ-a qədər hər yerdə insanların həyatını təhlükəyə atan qlobal təhlükədən danışırıq” deyərək Avropada islamofobiya ilə mübarizəyə başlamağın vacibliyinə diqqət çəkib.
F.Altun çıxışında, SETA-nın son 5 ildir “Avropa İslamofobiya Hesabatı” hazırlayaraq çox əhəmiyyətli bir sosial xidmət göstərdiyini, bu dövrdə dünyanın her yerindən insanların Avropada müsəlmanlara qarşı irqçiliyin artması ilə bağlı məlumat almasına imkan yaradan hesabatın avropalıların qitədə meydana gələn bəzi ictimai-siyasi meyllərlə əlaqədar narahatlıqlarını nümayiş etdirdiyini bildirib.
Hesabatda əsasən Türkiyənin narahatlqları və ya türk perspektivi deyil, avropalıların narahatlıqları ilə bağlı mövzuya toxunulduğunu ifadə edən Altun “Hesabatı hazırlamaqda məqsəd kimisə günahlandırmaq deyil, dostlar arasında açıq və dürüst dialoq çağırışı etməkdir. Bu münasibətlə Avropa İttifaqının (Aİ) bu kritik layihəyə maliyyə dəstəyi verdiyini vurğulamaq və Aİ ilə əlaqədar qurumlar arasında davam edən əməkdaşlıqdan məmnun olduğumu bildirmək istəyirəm", - deyib.
Altun müsəlmanlara qarşı irqçiliyin sadəcə Avropa problemi olmadığını qeyd edib:
“Cənub-şərqi Asiyadan ABŞ-a qədər hər yerdə insanların həyatını təhdid edən qlobal təhlükədən bəhs edirik. Ağlımıza dərhal bəzi nümunələr gəlir. Hindistanda hindu millətçilərinin müsəlman əhaliyə qarşı sistemli şəkildə vətənsizləşdirmə və hədə-qorxu səyləri çərçivəsində hər il minlərlə insan öldürülür və ya yaralanır. Myanmada Nobel sülh mükafatı almış bir siyasətçi müsəlmanlara qarşı soyqırımında aktiv rol oynayır. Yeni Zelandiyada əvvəllər terror aktları həyata keçirən avropalılardan ilham alan radikal sağçı terrorçu ötən il bir məsciddə onlarla insanı öldürüb.
İslamofobiya ilə mübarizə Avropada başlana bilər və başlamalıdır. Çünki Avropa qitəsinin özünəməxsus tarixi var. Avropalılar nəsillər boyu Atlantik okeanında qul ticarəti ilə məşğul olmaqla zənginləşiblər. Avropa imperiyaları əsrlər boyu uzaq torpaqlarda müstəmləkə quraraq, onların qaynaqlarını istismar edərək zənginləşib. Son əsrdə isə Holokost başda olmaqla, tarixin ən böyük qırğınları Avropada həyata keçirilib. Faşizmdən kommunizmə qədər ən ölümcül ideologiyalar Avropada çiçəklənib. Ancaq bu mənfi mənzərəyə baxmayaraq, avropalılar səhvlərindən dərs çıxartmağa, özünü tənqid etməklə demokratiya, insan hüquqları və azadlıq əsasında yeni bir sosial müqavilə yaratmağa çalışıb. Avropalılar bu gün də eyni inkişaf gücündən yararlanaraq müsəlmanlara qarşı irqçiliyin aradan qaldırılması üçün bir yol tapmalıdırlar. Bu səbəbdən bu hesabatın çox vacib olduğunu düşünürəm”.
Fəxrəddin Altun “2019 Avropa İslamofobiya Hesabatı”nın təəssüf ki, vəziyyətin gün keçdikcə daha da pisləşdiyini göstərdiyini söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15

