Paşinyan üçün sonun başlanğıcı
11.08.2020 [09:09]
Ermənistan mətbuatı bu ölkədə hökm sürən tənəzzül və xaosun fonunda hazırkı hakimiyyəti yaxşı perspektiv gözləmədiyini yazır
Məlum olduğu kimi, pandemiya ilə mübarizədə acizlik nümayiş etdirən Ermənistan hökuməti fövqəladə vəziyyət rejiminin daha bir ay uzadılması barədə qərar qəbul etmək istəyir. Ermənistan mətbuatı yazır ki, əslində, ölkə ərazisində heç bir səmərə verməyən fövqəladə vəziyyət sonuncu dəfə uzadılır. Ekspertlərin fikrincə isə,sərbəst toplaşmaq azadlığı ilə əlaqəli siyasi məhdudiyyətlərin də aradan qalxması Paşinyanın opponentlərinin və hökumətdən narazı olan əhalinin sentyabrda küçələrə çıxmasına səbəb olacaq. Son günlər N.Paşinyanın əsas rəqiblərinin siyasi bəyanatları payız aylarının indiki hökumət üçün yaxşı heç nə vəd etmədiyini göstərir.
Ermənistanın baş naziri asayiş keşikçilərinin arxasında gizlənib
Baş nazirin opponentlərindən olan Təhlükəsizlik Xidmətinin (TX) keçmiş direktoru, “Vətən” partiyasının sədri Artur Vanetsyan da son bəyanatı ilə N.Paşinyanı “yaralı yeri”ndən vurub. A.Vanetsyan hökuməti birbaşa cinayətdə itttiham edib. “Ermənistanda koronavirusdan ölənlərin sayı 1000-i keçib. Koronavirus bir çox ölkəyə ziyan vurub, amma Ermənistanda baş verənlər sadəcə biabırçılıqdır və dövlət səviyyəsində cinayətdir”, - deyə o bildirib.”Panorama.am”ın məlumatına görə, A.Vanetsyan ölümlərin sayının çox olmasında birbaşa baş naziri günahlandırıb və onu asayiş keşikçilərinin arxasında gizlənməkdə, müttəfiqvə qonşu dövlətlərləmünasibətləri korlamaqda ittiham edib.
Bununla yanaşı, “Aysor.am”ın yazdığına görə,”Alternativ layihələr qrupu”unun üzvü Marine Sukiasyan da baş nazirə qarşı ittihamla çıxış edib. “Epidemiya ilə mübarizədə uğursuzluğa görə baş nazir birbaşa məsuliyyət daşıyır”, - deyə o bildirib.
İşğalçı ölkədə həbs, repressiya və təqiblər dalğası davam edir
N.Paşinyan kifayət qədər ciddi ittihamlarla üz-üzə qalsa da, hələlik rəqiblərinin açıqlamalarına birbaşa cavab vermir, daha çox gözləmə mövqeyi tutur. O, həmçinin son günlər hökumət binası və regionlarda keçirilən etiraz aksiyalarına baxmayaraq, “Amulsar” mədəni ətrafında baş verən hadisələrə də reaksiya verməyib.Bununla yanaşı, hökumətin həbs, repressiya və təqiblər dalğası davam edir.
Eyni zamanda, Paşinyan keçmiş həmkarları olan jurnalistlərə qarşı təzyiq və təqibləri də davam etdirir. “Politik.am” saytının redaktoru Boris Muradyan baş nazirin ona qarşı şərt irəli sürdüyünü bildirib. “News.am”ın yazdığına görə, Muradyan “Nikol mənə bir məktub yazıb. Deyir ki, ya babasının xain olduğu barədə yazdıqlarımı təkzib etməliyəm, ya da məni məhkəməyə verəcək”, - deyə o vurğulayıb.
Ermənistanda ictimai-siyasi vəziyyətin gərginləşəcəyi proqnozlaşdırılır
“1in.am” saytı isə yazır ki, Ermənistan hökuməti fövqəladə vəziyyət rejimini ləğv etsə, gözlənildiyi kimi, ölkədə siyasi vəziyyət gərginləşəcək və müxalifətin “isti payız”ın proqnozları üçün şans yaranacaq. Qeyd edək ki, bu proqnozlar keçmiş idarəetmə sistemini təmsil edən siyasi dairələrdən daha tez-tez eşidilir. N.Paşinyanın sələfləri Robert Köçəryan və Serj Sarkisyanın da son günlər aktivləşməsi 2020-ci ilin payızının indiki hökumət üçün yaxşı keçməyəcəyini göstərir.
Ekspertlər qeyd edirlər ki, payızda sosial gərginlik səbəbindən əhalini küçəyə çıxarmaq mümkündür, lakin təşkilatçının kimliyi bəlli deyil. Müxalifətin lideri olmaq üçün iddialıların çoxluğu ön şərtlərin və güclü rəqabətinolacağını göstərir.Bu da öz növbəsində vəziyyətinehtimal edildiyindən daha mürəkkəb olacağına işarə edir.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42

