Ermənistanda etiraz aksiyaları genişlənir
05.09.2020 [10:40]
Yalnız vədlər verməklə məşğul olan Paşinyan hökuməti isə çıxılmaz vəziyyətdədir
Ermənistanda illərdir ki, mövcud olan sosial-iqtisadi böhrana pandemiyanın da əlavə etdiyi çətinliklər işğalçı ölkədə yeni etiraz dalğasına rəvac verib. Belə ki, ölkədə fövqəladə vəziyyət rejiminin hökm sürməsinə baxmayaraq, demək olar ki, hər gün hakimiyyətdən narazı əhalinin müxtəlif etiraz aksiyalarının şahidi olmaq mümkündür. Baş nazir Nikol Paşinyanın ittihamları səngitmək üçün baş vurduğu cəhdlər də artıq fayda vermir. Yerli ekspertlərin fikrincə, sosial durumdan narazılıqların fonunda bu payız siyasi səhnədə də fəallığın artması gözlənilir.
Qeyd edildiyi kimi, işğalçı ölkədə keçirilən etiraz aksiyaları müxtəlif səbəblərdən qaynaqlanır. Məsələn, sentyabrın 3-də Ararat vilayətinin bir neçə kəndinin sakinləri Ermənistan-İran yolunu bağlayıblar. “Shamshyan.com”un yaydığı məlumata görə, vilayətdə baş verən bu fövqəladə hadisənin səbəbi kənd sakinlərinin yetişdirdikləri üzüm məhsullarını satmalarına qarşı yaradılan maneələrdir.
Ermənistan hökumətinə qarşı növbəti etiraz aksiyası isə elə həmin gün paytaxt İrəvanda baş tutub. “News.am” saytının yazdığına görə, hökumət binasının qarşısında toplaşan etirazçılar işləmək üçün Rusiyaya getmək məsələsinin həllini tələb ediblər. Daha sonra Ermənistan XİN-in binasına üz tutan aksiya iştirakçıları bu dəfə xarici işlər naziri Zöhrab Mnatsakanyanı maşına tərəf hərəkət edərkən “yaxalayıblar”. Mnatsakanyan etirazçılara deyib ki, Rusiya tərəfi ilə danışıqlar və müzakirələr diplomatik və digər kanallarla davam edir, lakin sərhədlərin nə vaxt açılacağı bəlli deyil.
Xarici işlər nazirinin etirazçılara konkret cavab verə bilməməsi aksiya iştirakçıları kimi bəzi erməni ekspertlərində də təəccüb doğurur. Onların fikrincə, dünyada pandemiyanın davam etdiyi bir vaxtda Ermənistanın əsas işçi qüvvəsinin ölkəni tərk etmək istəyi hakimiyyətə gələndən bəri repatriasiyadan, iş yerlərinin artırılmasından danışan Paşinyanın verdiyi vədlərin puçluğunu göstərir.
Bu etiraz aksiyaları fonunda son vaxtlar siyasi dairələrdə Ermənistanı “isti payız”ın gözlədiyi haqqında ehtimallar artır. Belə ki, “Past” qəzetinin yazdığına görə, bu söz-söhbətlər əsassız deyil, konkret addımlar atılır: “Mənbəmizin verdiyi məlumata görə, yaxın aylarda müxalifətin bir neçə istiqamətdə daha da aktivləşməsi gözlənilir. Siyasi qüvvələr rolları açıq şəkildə bölüşdürəcəklər”.
Politoloq Vigen Hakopyan isə “Aysor.am”a verdiyi müsahibəsində “Ermənistanın bütün keçmiş prezidentlərinin kifayət qədər aktiv fəaliyyətə başladığını nəzərə alsaq, yayda siyasət səhnəsində fəallığın müşahidə edildiyini söyləmək olar. “Vətən”, “Çiçəklənən Ermənistan”, “Daşnaksutyun” və digər partiyalar həm müstəqil, həm də bir-biri ilə əməkdaşlıq şəraitində fəallıq göstəriblər. Yəni müxalifət cəbhəsində kifayət qədər aktiv proseslər gedir”,-deyə söyləyib.Onun sözlərinə görə, hökumətin vəd etdiyi islahatlar və kadr məsələləri artıq ayrı-ayrı siyasi problemlərə çevrilir:“Bu problemlər aylardır, həll olunmur və hakimiyyət üçün xoşagəlməz məqam hər kəsin problemlərin həllini tələb etməsi ola bilər”.
Beləliklə, hakimiyyətə gələndən bəri yalnız vədlər verən Paşinyan hökumətinə qarşı ayağa qalxan sadə ermənilərə siyasi qüvvələrin də dəstək verəcəyi gözlənilir. Ekspertlərin söylədiklərinə görə, müxalifət qüvvələri payızda hakimiyyətin qarşısında dayanan mövcud və xroniki problemlərdən, o cümlədən “Amulsar” qızıl mədəninin istismarından, pandemiyaya görə mövcud olan gərgin sosial-iqtisadi vəziyyətdən və digər məsələlərdən də istifadə edərək etiraz aksiyalarına start verəcəklər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

