Ermənistanda korrupsiyaya qurşanmış Paşinyan hakimiyyətinə qarşı etirazlar güclənir
10.09.2020 [08:55]
Hökumət əleyhinə yeni kütləvi etiraz aksiyalarının planlaşdırılması işğalçı ölkədə vəziyyətin gərgin olmasından xəbər verir
İşğalçı Ermənistanda Nikol Paşinyan və onun rəhbərlik etdiyi hökumətin son iki il yarım ərzində apardığı uğursuz siyasət ölkədə bütün sahələrdə mövcud olan böhranı daha da dərinləşdirib. Əksəriyyəti yoxsulluq həddindən də aşağı vəziyyətdə yaşayan Ermənistan əhalisi artıq korrupsiyaya qurşanmış Paşinyan hakimiyyətindən bezib. Xüsusilə koronavirus pandemiyası dövründə vətəndaşların rifah halını yaxşılaşdırmaq üçün heç bir addım atmayan Paşinyana qarşı cəmiyyətdə narazılıqlar artır. Ölkədəki acınacaqlı duruma baxmayaraq, baş nazirin ailəsi ilə birlikdə zəngin həyat sürməsi, onu təbliğ etməsi cəmiyyətdə qəzəblə qarşılanır. Üstəlik, yoxsul vəziyyətdə yaşayan əhalini lağa qoyan N.Paşinyanın davranışı vətəndaşların ciddi etirazlarına və “istefa” çağırışlarının artmasına səbəb olur. Hökumət əleyhinə yenidən kütləvi etiraz aksiyalarının planlaşdırılması ölkədə vəziyyətin gərgin olmasından xəbər verir.
Axırıncı aksiyalara gəlincə, son vaxtlar cəmiyyətdə Təhsil, elm, mədəniyyət və idman naziri Araik Harutyunyanın istefası ilə bağlı tələblər getdikcə daha çox eşidilir. Xüsusilə, ali məktəbə daxil ola bilməyən abituriyentlər və onların valideynləri belə bir tələb irəli sürür, müxalif deputatlar isə naziri kəskin tənqid edirlər. “News.am” saytının xəbərinə görə, artıq 4-cü dəfədir ki, İrəvanda nazirin istefasının tələbi ilə “Kamk” təşəbbüsünün etiraz aksiyası baş tutub. Sonuncu mitinq zamanı etirazçılar təhsil sahəsində atılan bütün addımların sorosçuların mənafeyinə xidmət etməsinə dair fikirlər səsləndiriblər. Nazirliyin binası qarşısında təşkil edilən budəfəki mitinqdə bir sıra fəallar həbs edilib.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarında baş verən kadr dəyişikliklərindən sonra ölkədə yeni həbslər dalğasına start veriləcəyinə dair proqnozlar da özünü doğruldub. “News.am”ın yazdığına görə, Ermənistanda 2019-cu ildə 5 milyon dram məbləğində girov müqabilində evə buraxılan səhiyyə nazirinin keçmiş müavini Vahan Poqosyana qarşı əlavə ittihamlar irəli sürülüb və yenidən həbs olunub.bSaytın yazdığına görə, cinayət işi ilə bağlı daha 12 nəfər vəzifəli şəxsə qarşı ittiham irəli sürülüb.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, Paşinyan guya korrupsiyaya qarşı mübarizə apardığı barədə rəy yaratmağa çalışsa da, özünün və ailəsinin dəbdəbəli həyat tərzi yerli medianın nəzərindən qaçmır. Hrayr Poqosyan “Armenianreport.am” saytında baş nazirin arvadı Anna Hakopyanın birdən-birə varlanması məsələsinə həsr etdiyi “Tox aclarda yoldaş ola bilməz: Anna Hakopyanın dəbdəbəli həyatı, amma kimin hesabına?” sərlövhəli yazısında onun bir neçə milyon ABŞ dolları dəyərində saatının hansıpulla alındığını soruşur. Yazıda A.Hakopyanın sürdüyü həyat tərzi ilə avtomat silahla şəkil çəkdirməsinin bir-birinə zidd olduğu da vurğulanır. Paşinyanın ailəsinə yaratdığı şəraiti, onların davranışını “sıravi vətəndaşlara qarşı açıq-aşkar hörmətsizlik” adlandıran H.Poqosyan baş naziri xalqa qarşı etinasız münasibət bəsləməkdə ittiham edib: “Sarayınızın pəncərələri altında vətəndaşların qışqırıqlarını eşidirsinizsə, narazılıqların səbəbini soruşmayın. Sadəcə öz arvadınızdan vaxtı soruşun”.
“Hraparak” qəzeti isə yazır ki, baş nazir N.Paşinyan bu günlərdə Tavuş vilayətinə səfər zamanı Berd rayonunun Çinari kəndində təxminən bir il əvvəl “yoxsulluq sizin başınızdadır” kimi qalmaqallı fikrini təkrarlayıb: “Yoxsulluğu aradan qaldırmalıyıq, bu, günün əsas məsələsidir. Amma onun stolun üstündəkilərlə, cibinizdəkilərlə əlaqəsi yoxdur. Bu, ilk növbədə ruhi vəziyyətdir. Bu ruh halı gələndə qalanı növbə ilə həll ediləcək”.
Ekspertlərin fikrincə, bununla N.Paşinyan ölkədə yoxsulluğun hökm sürdüyünü etiraf etsə də,əhalinin ac olmasına görə məsuliyyət daşıyan baş nazirin sadə insanları “ciblərini düşünmək”də ittiham etməsi absurddur.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15

