Məğlub Ermənistanda etiraz dalğası şiddətlənir
09.12.2020 [09:21]
Məlum olduğu kimi, artıq müəyyən müddətdir ki, işğalçı və məğlub Ermənistanda ciddi daxili qarşıdurma və xaos vəziyyəti davam edir. Baş nazirin istefası tələbi ilə başlayan kütləvi etiraz aksiyaları artıq növbəti mərhələyə qədəm qoyub. Belə ki, “Vətənin xilası naminə hərəkat” partiyası dekabrın 5-də təşkil etdiyi mitinqdə baş nazir Nikol Paşinyana istefa verməsi üçün dekabrın 8-i saat 12:00-a qədər vaxt vermişdi. Qeyd edək ki, Paşinyana verilən ultimatumun vaxtı başa çatıb. Lakin görünən odur ki, Nikolun istefa vermək fikri yoxdur. Sözsüz ki, baş nazirin Paşinyanın istefasını tələb edənlər də geri çəkilmək fikrində deyillər.
Ermənistan mətbuatının yazdığına görə, müxalifət bu mərhələdə təkcə istefa tələb edən mitinqlərin təşkili ilə kifayətlənməyəcək, ölkənin hər yerində müxtəlif formada vətəndaş itaətsizliyi aksiyalarına əl atacaq. “News.am” saytının məlumatına görə, Paşinyana verilən vaxt bitdikdən sonra “Vətənin xilası naminə hərəkat” partiyası bəyanat yayaraq Ermənistan vətəndaşlarını itaətsizlik aksiyalarına başlamağa çağırıb. Bu arada, “Hraparak” qəzeti yazır ki, “Mənim Adımım” fraksiyasının bir qrup deputatı ilə görüş zamanı Paşinyan cəmiyyətdə etimad referendumu keçirilməsi məsələlərini müzakirə edib: “Həmin iclasda qarşıdurmanın aradan qaldırılması üçün yollar axtarılıb. Lakin Paşinyanın komandasının üzvləri indiki vaxtda referendumun uğursuz olacağından ehtiyat edirlər. Bunun əvəzinə, növbədənkənar parlament seçkilərinin mümkün qədər tez keçirilməsini təklif edirlər. Paşinyanın isə bu məsələ ilə bağlı qəti qərarı yoxdur”.
Yerli ekspertlər ölkədəki vəziyyətin ürəkaçan olmadığını vurğulayırlar. “Aysor.am” yazır ki, beynəlxalq münasibətlər üzrə mütəxəssis Suren Sarkisyan ölkədə total anarxiyanın olduğunu qeyd edir: “Ermənistan hələ də ciddi təhdidlərlə qarşı-qarşıyadır. Dövlət orqanları iflic vəziyyətindədir. Xarici siyasət və diplomatiya tamamilə iflasa uğrayıb. İqtisadiyyat mövcud deyil. Dövlət idarəçiliyi yoxdur. Xalq depressiyadadır, ciddi miqrasiya dalğası var. Ona görə də qabiliyyətsiz, zəif, uğursuz hakimiyyət getməlidir”.
Təhlükəsizlik nazirliyinin sabiq rəhbəri David Şahnazaryan isə “News.am” saytına verdiyi müsahibəsində deyib ki, Paşinyan könüllü şəkildə getməlidir: “Çünki məğlubiyyətin, itkilərin davam etdiyi və yeni böhranların qaçılmaz olduğu bir vəziyyətdəyik. Sosial-iqtisadi və psixoloji böhran göz qabağındadır”.
Göründüyü kimi, biabırçı məğlubiyyətdən sonra işğalçı Ermənistanda kütləvi etirazların baş qaldırması fonunda Paşinyan daxili toqquşmalara rəvac verir. Yaranmış durum onu göstərir ki, məğlub Ermənistanda həm hakimiyyət, həm də müxalifət tərəfindən təhrik edilən vətəndaş müharibəsi uzaqda deyil.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

