Ermənistanda gərginlik kulminasiya nöqtəsində...
19.03.2021 [09:14]
Artıq məğlub Ermənistanda siyasi böhran və qarşıdurma növbəti mərhələyə qədəm qoyub. Erməni mediasının yazdığına görə, Paşinyan 20 iyun tarixində növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib. Buna baxmayaraq, indiki hakimiyyətin dövründə seçkilərə qarşı çıxan 17 partiyanın birləşdiyi “Vətənin xilası naminə hərəkat” istefa tələbində israr edir.
Qeyd edək ki, seçkinin tarixi baş nazir Nikol Paşinyanın martın 18-də “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Çarukyanla danışığından sonra elan olunub. Q.Çarukyanla görüşdüyünü qeyd edən baş nazir özünün “Facebook” səhifəsində yazıb: “Görüş zamanı mövcud daxili siyasi vəziyyətdən ən əlverişli çıxış yolunun növbədənkənar parlament seçkiləri olduğu barədə razılığa gəldik. Ermənistan prezidentinin “Mənim addımım” blokunun və “Maariflənən Ermənistan” partiyasının fraksiya rəhbərləri ilə apardığı müzakirələri də nəzərə alaraq bu il iyunun 20-də Ermənistanda parlament seçkiləri keçiriləcək”.
“Aysor.am”ın yazdığına görə, “Çiçəklənən Ermənistan”ın lideri Q.Çarukyan görüşdən sonra deyib ki, ölkəni mövcud ağır vəziyyətdən çıxarmaq üçün yeni bir hökumət qurmaq lazımdır və bunun yeganə qanuni yolu növbədənkənar parlament seçkiləridir: “Vətəndaşlar öz səsləri ilə növbəti hakimiyyəti kimə tapşıracaqlarına qərar verməlidir”.
“Maariflənən Ermənistan” partiyasının sədri Edmon Marukyan da həmin gün verdiyi açıqlamada baş nazir Paşinyanla telefonla danışdığını və 20 iyun tarixinin onlar üçün məqbul olduğunu bildirib. Beləliklə, parlamentdəki müxalifətin seçkilərlə bağlı Paşinyanla yekdil rəyə gəlməsi Ermənistanda yeni situasiya yaradıb.
Ötən gün təsdiqini tapan digər məsələ isə Ermənistanda gərginliyi kulminasiya nöqtəsinə çatdırıb. Belə ki, baş nazir Nikol Paşinyanın martın 10-da vəzifədən kənarlaşdırdığı Onik Qasparyanın silahlı qüvvələrin baş qərargahına rəhbərliyi davam etdirməsi barədə məlumat artıq təsdiqlənib. Qasparyanın vəkili Artur Hovhannisyan “News.am”a verdiyi açıqlamada İnzibati məhkəmənin vəsatəti qismən təmin etdiyini söyləyib. İnzibati məhkəmənin “Datalex.am”da yayımlanan rəsmi qərarına görə, O.Qasparyanın işdən çıxarılmasının qanuniliyi ilə bağlı iddia öz həllini tapana, yəni məhkəmənin yekun qərarı çıxana qədər onun vəzifəsindən kənarlaşdırılması barədə fərmanın icrası müvəqqəti dayandırılır. Qərara görə, baş qərargaha yeni rəisin təyin edilməsi də qadağan edilir və İnzibati məhkəmədən yekun qərar çıxana qədər O.Qasparyan baş qərargah rəisi vəzifəsinin icrasını davam etdirəcək.
Qeyd edək ki, “Aysor.am”ın yazdığına görə, bu qərara hökumətin etirazı kifayət qədər kəskin olub. Belə ki, baş nazirin aparatı məsələ ilə bağlı xüsusi bəyanat yayaraq Qasparyanın vəzifəni icra etməsinə qarşı çıxıb. Baş qərargah rəisinin vəzifədən kənarlaşdırılan müavini Tiran Xaçatryan isə “News.am”a verdiyi açıqlamada deyib ki, martın 18-də səhərdən O.Qasparyan öz iş yerində fəaliyyətini davam etdirir.
Göründüyü kimi, Paşinyan seçkilərə razı olsa da, məğlub ölkədə hələ də siyasi böhran və qarşıdurma əhval-ruhiyyəsi hökm sürür. Ekspertlərin fikrincə, əgər məhkəmə baş qərargah rəisini tam şəkildə öz vəzifəsinə bərpa edərsə, ölkədə vəziyyət tam nəzarətdən çıxa bilər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

